"Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmağı istisna etmir". Bu barədə Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində "Sputnik" agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Heç vaxt heç vaxt deməyin" deyən XİN başçısı Azərbaycanın Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini dəqiqləşdirib. Qeyd edək ki, Qazaxıstan prezidenti daha öncə Azərbaycan, İran, Hindistan və Monqolustanın Aİİ ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini, Türkiyənin isə ittifaq ilə ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi. Hazırda Aİİ Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir.
Azərbaycanlı politoloqlar isə ölkəmizin Aİİ-yə daxil olacağını gözləmirlər.
Politoloq Zərdüşt Əlizadə xarici işlər nazirinin açıqlamasını "Ekspress"ə şərh edərkən bildirib ki, o, Azərbaycanın sözügedən ittifaqa qoşulacağını gözləmir. Aİİ-nin perspektivi olmadığını deyən müsahibimizin sözlərinə görə, bu, gələcəyi olmayan bir birlikdir. "Hazırda onun üzvü olan ölkələrin öz aralarında ziddiyyətlər var. Amma hər halda, siyasi oyunun tərkib hissəsi olan Avrasiya İttifaqından alət kimi istifadə edilir".
Politoloq Qazaxıstan prezidentinin ittifaqa digər ölkələrin qoşula biləcəyi barədə fikirlərinə də münasibət bildirib: "İran, Hindistan və Monqolustanın bu ittifaqa qoşulması sıfıra bərabərdir".
Politoloq Əli Oruclu isə məsələyə münasibət bildirərkən öncə qeyd edib ki, Aİİ-nin özünün gələcəyi sual altındadır. "İkincisi də mən istəməzdim ki, Azərbaycan belə bir qurumda təmsil olunsun və üzünü Qərbdən çevirsin. Eyni zamanda, özünü qarşı duran tərəflərdən birinin elementinə çevrilsin. Ona görə də hesab edirəm ki, hər hansı bir birlikdə iştirak etməkdənsə, Azərbaycanın daha çox dəyərlərə yer verilən bir məkanda yer alması daha uyğun olardı. Söhbət təbii ki, Qərb dəyərlərindən gedir" deyən Ə.Oruclu onu da bildirib ki, Aİİ-də təmsil olunan dövlətlərin əksəriyyəti avtoritar rejimli ölkədir, onların iqtisadi potensilalı neft və neft məhsullarının ixracından asılıdır. Politoloqun fikrincə, belə olan halda Azərbaycanın bu qurumda iştirakı az-çox indiyə qədər qazandıqlarının üstündən xətt çəkmiş olardı. Amma eyni zamanda iqtisadi-ticari sahələrdə əlaqələrin genişləndirilməsində fayda var".
Aqil ASLAN