"Bunu Kamerona qarşı təşkil edilən qara piar sayıram"
Elşən Mustafayev: "Hesab edirəm ki, hazırda Böyük Britaniyada yaşanan vəziyyət seçkiöncəsi təbliğatın tərkib hissəsidir"
İngiltərə mediasının baş nazir Devid Kameronun tələbəlik illərində iştirakçısı olduğu bir hadisə barədə yaydığı məlumat təkcə bu ölkədə yox, ondan kənarda da müzakirə predmetidir. Çünki bu həm də ölkənin siyasi səhnəsində hadisələrə birbaşa təsir edir. Özü də qeyd olunan qalmaqal o vaxt meydana çıxıb ki, Mühafizəkarlar Partiyası özünün növbəti qurultayına hazırlaşır.
Baş nazir haqda rüsvayedici qalmaqal isə onun yenidən partiya sədri postunu tutmasına mane ola bilər. Hətta bununla da bitməyərək D.Kameronun istefa verməsi belə mümkün sayılır.
Qeyd edək ki, qalmaqallı iddia lord Mişel Aşkroft və İzabel Oakeşott tərəfindən D.Kameron haqqında yazılan kitabda yer alıb. "Məni Deyv adlandırın" adlı kitab baş nazirin gənclik həyatından maraqlı faktlarla doludur. Kitabda yazılanlardan bəlli olur ki, Kameron cavanlıqda Oksford Universitetində elit tələbə klubunun üzvü olmaq istəyib. Lakin buraya üzv olmaq üçün o, qeyri-adi sınaqlardan çıxmalı idi. Misal kimi göstərilir ki, Kameron kluba üzv seçilmək üçün ölü donuzun başı ilə cinsi əlaqədə olub. Kitabda yazılanlara əsasən, bunu sübut edən fotolar da var. Hər halda, baş verənlər Kameronun siyasi karyerası üçün də ciddi təhdid sayılır. Çünki donuzla cinsi əlaqə Britaniya tarixində ilk qalmaqaldır. D.Kameron özü ona qarşı irəli sürülən mənfi xarakterli iddialar barədə susmağa üstünlük verir. "The Daily Mail" qəzeti yazır ki, Kameronun tərəfdarları bu xəbəri qətiyyətlə təkzib edir. Amma araşdırmalar göstərir ki, seçicilərin üçdə ikisi bu cür qalmaqallara inanır və nəticəsi özünü seçkilərdə ağır şəkildə göstərir.
Bu qalmaqal Mühafizəkarlar Partiyasında nəzərdə tutulan sədr seçkisinə necə təsir edəcək?
Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Avropa ölkələrində istənilən seçki ərəfəsində analoji qalmaqallar yaşanır: "Hesab edirəm ki, hazırda Böyük Britaniyada yaşanan vəziyyət seçkiöncəsi təbliğatın tərkib hissəsidir. "Donuz qalmaqalı" bu qəbildən olan qara piardır. Avropa cəmiyyətində oxşar hadisələr tez-tez yaşanır. Hazırda Kameronun nüfuzu çox böyükdür. Bunu ölkədə aparılan sosioloji sorğular da təsdiq edir. O baxımdan hesab edirəm ki, deyilənlərin ciddi əsası yoxdur. Sadəcə bunu Kamerona qarşı təşkil edilən qara piar sayıram. Başqa heç nə. O üzdən düşünürəm ki, bu kimi ucuz sensasion fikirlərə ciddi yanaşmaq lazım deyil. Avropa cəmiyyətində daha çox ciddi korrupsiya ittihamlarına reaksiya verilir, təbii ki, bunlar da arqumentləşdirilmiş olsa. Çoxlu sayda misal çəkmək olar ki, korrupsiya ilə bağlı ictimailəşən mövzulardan sonra yüksək vəzifəli şəxslərin istefası baş verib. Şəxsi həyata aid məlumatlar isə ötəri xarakter daşıyır və çox nadir hallarda hədəfə çatıb. Hesab edirəm ki, Kameronun hazırkı nüfuzu nəinki partiya sədri seçilməyə, hətta yenidən ölkəyə rəhbər seçilmək üçün də yetərlidir".
Məhəmmədəli QƏRİBLİ