Zəfər Vəliyev: "Ola bilsin ki, yanvardan sonra 40 dollardan da aşağı düşsün”
Məlum olduğu kimi artıq "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat məbləğində proqnozlaşdırılıb. 2017-ci ildə mərkəzləşdirilmiş gəlirlər 22,087 mln. manat artırılaraq 15 mlrd. 334 mln. 706 min manat, yerli gəlirlər isə 22,087 mln. manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb.
2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb. Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə icra olunacaq: Pessimist qiymətin 1 bareli- 35 ABŞ dollar; baza qiyməti - 40 ABŞ dollar; optimist - 45 ABŞ dolları. Müstəqil ekspertlərin qənaətincə, nə beynəlxalq maliyyə qurumlarının, nə hasilatçı neft şirkətlərinin, nə də beynəlxalq enerji agentliklərinin dövlət büdcəsində neftin 1 bareli heç vaxt 50 dollardan aşağı götürülməyib. Hasilatçısı ölkələrin növbəti il üçün proqnozları 1 barel neft 50 dollardan yuxarı götürülüb. Azərbaycan isə 2017-ci ilin dövlət büdcəsini beynəlxalq proqnozlardan 20 faiz aşağı qiymətlə hesablayıb. Mütəxəssislər hesab edir ki, baza qiymətinin 40 dollardan götürülməsi qənaətbəxşdir. Amma o da var ki, Azərbaycan hökumətinin büdcə proqnozları heç vaxt özünü doğrultmayıb.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, qarşıdakı aylarda neftin hansı qiymətdə olmasının proqnozlaşdırmaq çətindir: "Artıq yanvarda brent markalı neftin 1 barelinin qiymətini 46-47 dollardan hesablayırlar. Amma bu dəyişmə o demək deyil ki, yanvar ayında mütləq brent markalı neftin qiyməti London birjalarında 47 dollar civarında olacaq. Bu, nəzəri qiymətlərdir. Dünyanın diqqəti noyabrın 30-da OPEC üzvü ölkələrin Vyanadakı toplantısına cəmlənib. Əgər orda beynəlxalq enerji bazarlarının gələcək taleyi və bazardakı mövcud disbalansı tənzimləyəcək bir qərar qəbul edilərsə, bu zaman neftin qiymətində təxminən 5-10 faiz artım ola bilər.
2017-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin 40 dollar götürülməsi bugünkü qiymətlərlə hesablanıb. Elə dövlətlər var ki, 30 dollar, elə dövlətlər də var ki, 40 dollar səviyyəsində saxlayıb. Amma hansısa dövlətin öz büdcəsində neftin baza qiymətinin 50 dollar səviyyəsində götürülməsi inandırıcı deyil. Çünki 2016-cı ilin yanvarından ta bu günə kimi neftin qiyməti qısa müddətdə 51-52 dollar arasında dəyişib. Bu da fundamental faktorlara bağlı deyil. Ayrı-ayrı potensial neft ixrac edən dövlətlərin nazirlərinin şirnikləndirici vədləri və spekulyativ bəyanatları əsasında bu qiymətlər qalxıb”.
"Azərbaycan büdcədə neftin baza qiymətinə yenidən baxmalı olacaq”. Ekspert onu da vurğulayıb ki, əgər noyabrın 30-da Vyana toplantısında təsiredici qərarlar qəbul edilməsə, neftin qiymətində 10-15 faiz enmə müşahidə olunacaq: "Bu zaman yəqin ki, Azərbaycan parlamenti büdcədə neftin baza qiymətinə yenidən baxmalı olacaq. Əgər Vyanada təsiredici qərarlar qəbul edilərsə, neftin qiymətində 5-10 faiz artım müşahidə olunacaq. Bütün hallarda 2017-ci ildə də dünyada tələb-təklif prinsipinin tarazlaşdırılması bir qədər çətin olacaq. Çünki hazırda həm sudakı, həm də qurudakı stasionar neft anbarlarında kifayət qədər sərbəst fiziki həcmlər mövcuddur. Eyni zamanda həm OPEC daxili, həm də OPEK kənar dövlətlərdə hasilat həcmlərinin artımı müşahidə olunur. Artıq OPEC-in sutkalıq neft hasilatı 30-40 milyon bareli keçib. Növbəti il Rusiyada, Qazaxıstanda, Braziliyada və Kanadada sutkalıq neft hasilatı həcmlərinin artması da müşahidə olunacaq. Belə olan təqdirdə neftin qiymətinin artması mümkünsüzdür. Amerikada aktiv qazma qurğularının sayı 471 ədədə çatıb. Deməli 2017-ci ildə ABŞ-da sutkalıq neft hasilatının həcmində artımın olması qaçınılmazdı. Enerji bazarları üçün çətin dönəm olacaq.
Azərbaycanda neftin baza qiymətinin 40 dollardan götürülməsi yanvar, fevral ayına qədər optimist qəbul etmək olar. Ümumilkdə neftin qiymətində kəskin sıçrayışın olması mümkün deyil. Hazırkı artımlar fundamental faktorlarla bağlı deyil. Məsələn, Səudiyyə Ərəbistanın neft naziri müsahibəsində bildirib ki, hasilat həcimlərinin azaldılması ilə bağlı danışıqlarda çox müsbət irəliləyişlərə nail olacağıq. Eyni zamanda qeyd edib ki, noyabrın 30-da OPEC-in Vyana toplantısında müqavilənin imzalanmasına çox yaxınıq. Bu söz birjalarda neftin qiymətində müəyyən sıçrayışların olmasına bəs edir. Yaxud da Rusiya prezidenti Vladimir Putin Peruda bir toplantıda deyib ki, biz OPEC-in sutkalıq neft hasilat həcmlərinin azaldılması ilə bağlı bütün təşəbbüsləri müdafiə edirik. Bu söz də bəs edir ki, neftin qiymətində sıçrayış olsun. Amma Putin sonradan deyir ki, biz hasilat həcmlərini indiki səviyyədə dondurmağa hazırıq. Hazırda Rusiyanın sutkalıq neft hasilatı 11 milyon 200 min bareldir.
Rusiya bundan artıq neft hasilatın artıra bilməz. Çünki Rusiyaya sektoral sanksiya tətbiq olunub. İllərdir ki, bu ölkənin hasilat həcmləri sənaye istismarında olan qurudakı yataqlarında müşahidə olunub. Belə olan təqdirdə neftin qiymətini tarazlaşdırmaq, artırmaq mümkün deyil. Çünki dövriyyədə kifayət qədər sərbəst fiziki həcmlər var. Oktyabrda Yaponiyada neft idxalı sentyabrla müqayisədə 9.6 faiz aşağı düşüb. Bu o deməkdir ki, Yaponiyanın aktivində olan stasionar neft anbarlarında kifayət qədər xam neft yığılıb qalıb. Demək ki, mövcud anbarlarda sərvət tükənmək üzrədir. Sutkalıq idxal 6.7 milyon barelə düşüb. Belə olduğu təqdirdə hasilat həcmlərini artırmaqla nefti kimə satacaqlar?! Ola bilsin ki, yanvar ayından sonra neftin qiyməti 40 dollardan da aşağı düşsün”.