Azərbaycan iqtidarı da istəməz ki, özünü tədric və davamlı təzyiqlər altına salsın

Əli Orucov: "Münasibətlərin normal məcraya yönəlməsi hər iki tərəf üçün zəruridir"

"Hansısa bir qurumun Azərbaycanı güclə nəyəsə məcbur etmək cəhdləri uğursuz taktikadır"

ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilib. Yeni baş katib italiyalı deputat Roberto Montella olub. O bu vəzifəyə qurumun iyulun 5-də Finlandiya paytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib.
R.Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda postunu tərk edəcək.
Qeyd edək ki, ATƏT PA baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər.
Qeyd edək ki, bu qurum Azərbaycana qarşı çıxardığı bəzi qərəzli qərarları ilə yadda qalıb. Xüsusilə də Avropa Oyunları ərəfəsində sözügedən təsisat ölkəmizə olan basqıları bir qədər də artırdı. ATƏT PA-nın rəhbərliyində edilən bu dəyişikliyin qurumun Azərbaycana obyektiv mövqe nümayiş etdirməsinə nə kimi təsiri ola bilər?

Azərbaycan Milli İstiqlal Partiyası siyasi şurasının üzvü Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, b
eynəlxalq qurumlarla Azərbaycan arasındakı münasibətlər və əlaqələr heç də şəxsi mahiyyət kəsb etmir. Bu münasibətlər yürüdülən siyasətlərin və etmadın təzahürü kimi meydana çıxır. Avropanın nüfuzlu təşkilatlarından olan ATƏT PA ilə münasibətlər də bu qəbildəndir. Rəsmi Bakını müəyyən vaxtlarda tənqid etsə də ATƏT PA ilə indiki qədər arada soyuqluq yaranmamışdır. Bunun isə belə müstəviyə keçməsi nə əvvəlki baş katibdən, nə də vəzifəsinin icrasına gələn ilin ilk günündən başlayacaq italiyalı deputat Roberto Montellanın sərgiləcəyi mövqeyindən asılı olacaq.

Bu münasibətlərin normallaşması daha çox Azərbaycan iqtidarının demokratiyaya və Avropa dəyərlərinə, eləcə də üzərinə götürdüyü beynəlxalq öhdəliklərə necə əməl etməsindən asılı olacaqdır. Məncə, Azərbaycan iqtidarı da istəməz ki, özünü tədric və davamlı təzyiqlər altına salsın. Eyni zamanda münasibətlərin gərginləşməsinə maraqlı olsun. Hər halda ümid edirəm ki, prezident Əliyev ölkədə köklü islahatlara start verməklə italiyalı deputat Roberto Montellinin baş katib vəzifəsini icra edəcək qurumla normallaşça sürəcinə girəcək