Azərbaycan Milli İstiqlal Partiyasının qurultayı təxirə salınıb



AMİP-in katibi Elşən Mustafayev "Report"a açıqlamasında deyib ki, qurultay noyabrın 1-nə təyin edilən parlament seçkilərindən sonra keçiriləcək.

O bildirib ki, qurultayın çağırılması və keçirilməsi üçün müəyyən vaxt lazımdır: "Qarşıdan parlament seçkiləri gəlir. AMİP də seçkilərdə iştirak edir. Ona görə də qurultay seçkidən sonra keçiriləcək. Çünki bəzi texniki işləri həll etmək üçün müəyyən vaxt lazımdır. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin işləri yekunlaşıb. Yaxın günlərdə Siyasi Şuranın iclası keçiriləcək. Bundan sonra Mərkəzi Şuranın iclası çağırılacaq. İclasda qurultayın dəqiq günü ilə bağlı qərar veriləcək".

E.Mustafayev bildirib ki, partiyanın sədri Yusif Bağırzadə istefa verdikdən sonra Nizamnaməyə uyğun olaraq, AMİP-in sədrlik postunu baş katib Arzuxan Əlizadə icra edir.