Arzuxan Əlizadə: "Əsas məsələ ilkin mərhələdə heç bir şərt olmadan ətraf 5 rayonun işğaldan azad edilməsidir"
"İndiyə qədər o bu səlahiyyətlər çərçivəsində münaqişənin həllinə nə fayda verib ki, səlahiyyəti artandan sonra nəsə dəyişsin?!"
"Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik". Bunu mətbuata açıqlamasında Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
Beynəlxalq əlaqələr şöbəsi müdirinin fikrincə, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq. PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı fikrə münasibəti belə oldu: "Anjey Kasprşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk Qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik".
Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov bildirib ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir: "Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq".
Bu arada ABŞ-ın Atlantika Şurasının elmi işçisi Sabina Freyzer mətbuata açıqlamasında deyib ki, Vyana danışıqlarında Ermənistan Qarabağ münaqişəsinin hərtərəfli həll planına razılıq verib. Onun fikrincə, rəsmi İrəvan indiyə qədər təkid edirdi ki, əvvəlcə Dağlıq Qarabağın müstəqilliyi tanınmalı, sonradan hərtərəfli həll planı gözdən keçirilməlidir. Görünən budur ki, Ermənistan müstəqillik tanınmadan birbaşa danışıqlara başlamağa razılıq verib. Bu həlledici andır. Politoloqlar hesab edir ki, aprel döyüşlərindən sonra Azərbaycan bu görüşə diqtə edən tərəf kimi gedib.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi əsas məsələ olmamalıdır: "Əsas məsələ ilkin mərhələdə heç bir şərt olmadan ətraf 5 rayonun işğaldan azad edilməsidir. Həmsədrlərin də borcu odur ki, Ermənistanı buna məcbur etsinlər. Təəssüflər olsun ki, həmsədrlərin timsalında sonuncu Vyana danışıqlarında bunu görmədik. Tamamilə beşinci, altıncı məsələləri önə sürdülər. Məsələn, atəşkəsin pozulması mexanizmi, səlahiyyətlərin genişləndirilməsi və s. Kasprşikin yetərincə səlahiyyəti var. İndiyə qədər o bu səlahiyyətlər çərçivəsində münaqişənin həllinə nə fayda verib ki, səlahiyyəti artandan sonra nəsə dəyişsin?! Bu kimi məsələlər əsas müzakirə mövzusu olmamalıdır.
Ona görə də yaxşı olardı ki, həmsədrlər diqqəti əsas məsələyə yönəldə idilər. Yəni ətraf bir neçə rayonun işğaldan azad edilməsinə. Ancaq həmsədrlər Ermənistana bu yöndə konkret heç bir təzyiq göstərmədilər.
Onların əsas məqsədi münaqişənin yenidən hərbi fazaya keçməsinin qarşısını almaqdır. Aprel döyüşləri göstərdi ki, Azərbaycan nəticəsiz danışıqların silsilə şəklində davam etdirilməsinə razı olmayacaq".
Vidadi ORDAHALLI