Aydın Quliyev
"Bakı Xəbər" qəzetinin baş redaktoru
Qazaxıstanda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək.
Musavat.com xəbər verir ki, bu barədə komissiyanın üzvü, respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib: "Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir".
"Kazinform" agentliyinə danışan Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir: “Yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava liMedvedyev matəm məktubunda Azərbaycandan üzr istəmədi....Təzminat və cəzalar isə....
2 gündür çoxsaylı media orqanları mənə təyyarə qəzası ilə bağlı Azərbaycan prezidentinin 3 konkret istəyinin Rusiya tərəfindən yerinə yetirilməyəcəyi halda münasibətlərimizin necə olacağı barədə suallar ünvanlayırlar.Təbii ki, cavabım konkret və aydın ölur.Gizlədiləsi və yaxud yanından keçiləsi bir şey yoxdur.
Azərbaycan prezidenti Rusiyadan üzürxahlıq, müqəssirlərin cəzalandırılmasını və ləyaqətli təzminat istəyib.Tam uyğun şərtlərdir.İndiyə qədər olmuş hadisələrdə başqalarının da davranışı belə olub və Azərbaycan prezidenti qeyri- adi şey tələb etmir...
Üzürxahlıq deyilən şeyi eşitdik.Iakin çox yaxşı olardı ki, cənab Putin üzürxahlıq diləyini telefon zəngilə yox,rəsmi dövlət məktubunda ifadə edəydi ki, hər şey arxivlərdə qalaydı və tarix ortaya hər hansı sual çıxarmazdı.Ancaq yalnız telefon zəngində ifadə olunmuş üzrxahlıq jesti yaxın və uzaq tarixin inanın ki, bir çox suallarına cavab verə bilməyəcək...Üstəlik qızaya görə Rusiyanın məsuliyyəti də hələlik etiraf edilməyib..
Maraqlıdır ki, telefon zəngi ilə üzr istəmiş Putindən sonra Təhlükəsizlik Şurasının sədri müavini Medvedyev Azərbaycan prezidentinə məktub yazdı. Daha maraqlısı odur ki, Medvedyev məktubda üzr istəmədi və yalnız başsağlığı verməklə kifayətləndi.Bunlar onu ifadə edir ki, Rusiya rəhbərliyinin Azərbaycandan rəsmi qaydada üzr istədiyini sübut edən real fakt təəssüf ki, hələ yoxdur .
Müqəssirlərin cəzalandırılmasına gəldikdə burada da məsələnin çox rahat və tezliklə həll olunacağını gözləmək təəssüf ki, hələlik çətindir ...Burada konkret fikir deməyə mane olan əsas amil fikrimcə aviasiya sahəsi ilə yox , siyasi amillərlə bağlıdır. Bilirsiniz ki, təyyarə Çeçenistanda qəzaya uğrayıb və Çeçenistan administrasiyasının bəzi suallara cavab verməsi asan olmayacaq, üstəlik Çeçenistan hökuməti Ukraynada Rusiyanın yolunda " fədai kimi" döyüşür.Bəs Kreml öz fədailərini qurban verəcəkmi????...Bilinmir...
Təzminata gəldikdə isə Rusiyanın Azərbaycan dövlətini və bütün zərərçəkmişləri maksimum razı salmaq üçün yetərli addımlar atacağını narahatlıqla gözləyirik .Yazılı üzr isyənilməyibsə, müqəssirlərin obyektiv cəzalandırılması üçün inandırıcı addımlar hələ atılmırsa,ləyaqətli təzminatın ödəniləcəyinə necə inanmaq olar?!..
Həm də əgər heç olmasa Medvedyev səviyyəsində yazılı üzr istənilmiş olsaydı,kimliklərindən asılı olmayaraq cinayətkarların məsuliyyətə cəlb olunacaqlarının anonsu verilmiş olsaydı, mən əminəm ki, Azərbaycan rəhbərliyi maddi təzminat şərti üzərində israr etməzdi.Rusiya- Azərbaycan strateji müttəfiqliyini hansısa məbləğdə maddi təzminata qurban verməyi yəqin heç kim rəva görməz .Ancaq söhbət yüksək mənəvi dayaqlar üzərində dayanan qarşılıqlı münasibətlər şəraitindən gedir...
Bəs bütün bunlardan sonra Rusiya- Azərbaycan münasibətləri necə olacaq?
Azərbaycanın normal 3 istəyinin icrası çox vacibdir və hər iki tərəfə lazımdır.Yerinə yetirilməyəcəyi təqdirdə isə.....
Azərbaycanın nə edəcəyini Prezidentimiz bilər...
Ancaq münasibətlərə xələl gətirən məsələlər üçün yalnız Rusiya tərəfi cavabsız suallar qarşısında qalmalı olacaq.
Sonrasını yaşayanlar görər....
amanında xüsusi təşkil olunmuş anqarda toplanır. Ekspertlər bütün bunları böyük məsuliyyətlə qiymətləndirirlər".