Rusiyanın 2014-cü ildə Azərbaycana verdiyi hərbi silah-sursatın həcmi 5 milyard dollara çata bilər. Bu haqda "Kommersant” qəzeti yazıb.
Mənbənin verdiyi məlumata görə, Azərbaycan "Bal-E” sahil raket kompleksinə də maraq göstərir. Qəzet xatırladır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 13-də Bakıda prezident İlham Əliyev və müdafiə naziri Zakir Zeynalovla görüşüb.
"Kommersant” qeyd edir ki, Şoyqunun səfəri Xəzəryanı dövlətlərin sammitinin nəticələrini möhkəmləndirər, eləcə də Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə bağlı Rusiya-Azərbaycan əlaqələrindəki neqativ əlaqələri yoluna qoya bilər.