Azərbaycan xalqı sürətlə radikallaşmaqdadır.

Azerbaycan Milli Azadlıq Hərakatının Lideri, Azerbaycanın ilk və prezidenti Cənnət-məkan Əbülfəz Elçibəy 4 il 4ay 13 günlük hicrətden sonra 1997-ci ildə Kələkidən Bakıya qayıdanda ilk addımı Vətəndaş Sülhü yaratmaq cəhdi oldu.Bu barədə sevgili Liderimiz belə deyirdi:

-Azərbaycanda indi vətəndaşlar arasına elə bir nifrət və nifaq toxumu səpibler ki,o toxumun köklerini çıxarıb atmaqçün mübariz qüvvələrə neçə il vaxt lazım olacaq. Ona görə də Bakıya gələn kimi Vətəndaş Sülhü məsələsini ortaya atdım ki, gəlin vətəndaş sülhü yaradaq,b u nifrət,nifaq toxumunu tullayaq,xalqımız gələcəkdə bəlalara düşməsin. Bunu da yenə eşitmirlər və istehzayla baxırlar. Amma mənim bu teklifimə lağ edənler(iqtidar sahibləri nəzərdə tutulur) bir gün ağlayacaqlar. Men buna inanıram.

Bəli,bu gün bu məsələnin həll olunmamış qalması,əksinə çox dərinə gedilməsi, vətəndaşlara yuxarıdan aşağı baxmaq,onların haqqını-hüququnu tapdalamaq,əlinde olan iqtidar gücündən Xalqı xoşbəxt etmək əvəzinə bədbəxt etmək üçün faydalanan bir iqtidarla üz-üzə qalmış, sabaha ümidi itən,hədəfsiz bir cəmiyyət gerçəkliyi ortadadır. Gerçəklik hissinin itirilməsi, ədalət duyğusunun körəlməsi çox dəhşətli şeydir. Nə yazıq ki, bu gün bizim iqtidar pulun əe fiziki gücün vermiş olduğu arxayınlıq hissindən başqa,digər hisslərdən məhrum görünür. Azərbaycan xalqı sürətlə radikallaşmaqdadır. Bunun bütün günahkarı da iqtidar sahibləridir. Əgər insanların insanca yaşama haqqını əlindən alarsansa, əgər normal siyasi fəaliyət ortamını yox edərsənsə,bir gün qarşına mütləq 'İŞİD' çıxacaq.
Bu dünya 'ETME-BULMA' dünyasıdır Cənablar!