Azərbaycanda demokratiyanın qurulması münaqişənin həllinə müsbət təsir göstərər

Ölkəmizdə demokratiyanın mövcud durumu ilə Qarabağ problemi arasında əlaqənin mövcud olub-olmaması, bu iki məsələnin bir-birinə bağlılıq səviyyəsi ilə bağlı ictimai-siyasi müstəvidə fərqli fikir və yanaşmalar mövcuddur. Bəzi siyasilər bu iki məsələ arasında hər hansı bağlılıq görməsələr də, demokratiya və Qarabağ faktoru arasında yetərincə bağlılığın mövcud olduğunu iddia edənlər də az deyil.

Maraqlıdır, demokratiya və Qarabağ problemi arasında həqiqətən də bir bağlılıq varmı? Azərbaycanda demokratik cəmiyyətin formalaşmaması Qarabağ probleminin həllinə hansısa şəkildə təsir göstərirmi? Demokratiyanın bərqərar olmasını təmin etmədən Qarabağı azad etmək, ölkə suverenliyini təmin etmək olarmı?

Moderator.az xəbər verir ki, bununla bağlı "Hürriyyət” qəzetinə açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov hesab edir ki, bu problemlər fərqli problemlərdir:

"Bu problemlər ayrı-ayrı problemlər olduğundan yanaşmaya da fərqli yöndəmlər tələb edir. Qarabağ promleminin köklərini də, səbəblərinin də yaxşı bilirsiz. Və hər kəsə məlumdur ki, münaqişə Rusiya tərəfindən yaradılıb və Kremldən də idarə olunur. Ermənilər sadəcə burda heç dekorasiya da deyil.

Gürcüstan Azərbaycanla müqayisədə demokratik və açıqdır. Lakin orda da milli zəmində münqişələr tənzimlənməyib. Cənibi Osetiya və Abxaziya itirilib. Cavaxetiyada erməni təhlükəsi qalır.

Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT Minsk Qrupunun həmsədr ölkələrinindən ABŞ və Fransa demokratiyanın beşiyi sayılır. Lakin onların da münqişəyə münasibəti birmənalı deyil. İkili yanaşmalar mövcudur və əksər hallarda da Erməni təəssübkeşliyi sərgiləyirlər. Halbuki demokratiyanın təməl prinsipləri işğalçılığı, təcavüzü, terroru və zorakılığı rədd edir.

Münaqişənı yaradan və körükləyən Rusiyada avtoritar və qapalı rejim var. Müharibə və imperiyapərəst qüvvələr post sovet məkanına daxil olan müstəqil dövlətlərə daha ciddi və açıq təhlükə törədir. Rusiyadakı rejim maraqlıdır ki, ətraındakı dövlətlər də qeyri-demokratik və totalitar rejimlər olsun ki, onlarla müqyisədə xalqına demokratik görüntüsü yaratsın. Eyni zamanda totalitar dövlət başçını ram etməklə bütövlükdə dövləti ram etsin”.

Ə.Orucovun qənaətincə, ölkədə demokratiyanın bərqərar olması Qarabağ probleminə də yardım edə bilər:

"Azərbaycanda demokratiyanın qurulması münaqişənin həllinə müsbət təsir göstərə bilər. Erməni cəmiyyətinin bir qisminin diqqətini bu cəlb edə bilər. Ermənilərin bununla bağlı bəhanələrinə son qoyular. Beynəlcxalq dəstəyimiz daha da arta bilər və mğvqelərimiz güclənər. Ən əsası daxildə milli həmrəylik və milli birlik əldə olunar olunar dövlətə inam güclənər. Bunlar isə həlledici faktorlardır”.