Əli Orucov: "Onu qarşıda çox çətin bir dövr gözləyir”
"Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin may ayından gec olmayaraq keçiriləcək”. Məlum olduğu kimi, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, parlament seçkilərinin keçirilməsi şəraitdən asılıdır: "Hər şey konkret şəraitdən asılıdır. Ola bilsin ki, yaxın bir ay ərzində keçirilsin, lakin son müddət 2019-cu ilin may ayıdır”.
Daha öncə parlament seçkilərinin bu ilin sonuna kimi keçiriləcəyi bildirilirdi. Görünən odur ki, Paşinyan seçkilərin vaxtının uzadılmasında maraqlıdır. Aydın məsələdir ki, bunda Paşinyanın bir neçə məqsədi var. Paşinyanın sözügedən məsələdə başlıca məqsədi odur ki, Rusiyameylli Respublikaçılar Partiyasını parlamentdən təmizləsin. Bunun üçün münbit zəmin formalaşdırmaq istəyir. Düzdür, zatən, Serj Sarkisyanın təmsil olunduğu Respublikaçılar Partiyasının nüfuzu çox aşağıdır. Baxmayaraq ki, ötən ilin aprelində keçirilən parlament seçkilərində saxta yollarla bu partiya çoxsaylı yerə sahib oldu, ancaq Ermənistanda yeni hakimiyyətin korrupsiya ilə əlaqədar apardığı həbslər Respublikaçılar Partiyasını ictimai rəydə daha da hörmətdən salır. Digər tərəfdən, Paşinyan növbədənkənar parlament seçkilərinin vaxtını uzatmaqla Dağlıq Qarabağ danışıqlarının vaxtını uzatmağa çalışır. Bu minvalla istəyir ki, status-kvo dəyişməz olaraq qalsın.
Maraqlıdır, bəs ekspertlər Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtının uzanmasını necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov buna bir neçə kontekstdən yanaşdı: "Paşinyan küçə eyforiyası və Rusiyanın müəyyən qədər göz yumması fonunda Qərbin dəstəyi ilə hakimiyyətə gəldi. Eyni zamanda, həm Qərbi, həm də Rusiyanı razı salmağın çətinliyini anlayınca, erməni baş nazir ora-bura vurnuxmaqdadır. Ermənistanda vəziyyət isə getdikcə daha mürəkkəb hal almaqdadır. Bir tərəfdən daxili böhranın dərinləşməsi, digər bir tərəfdən beynəlxalq təzyiqlər Paşinyanı çıxılmaz duruma salıb. O əvvəlcə istəyirdi ki, eyforiya dalğasından istfadə edərək yeni parlament seçkilərinə gedib yerini möhkəmlətsin. Lakin ilk vaxtlar buna risq etmədi. Qorxdu ki, bu dəfə fiaskoya uğraya bilər. Ancaq 2019-cu ilin may ayı uzun vaxtdır və bu müddət ərzində daxili rəqiblərini sıradan çıxarmağa çalışacaq. Təsadüfi deyil ki, o, Qarabağ klanına qarşı total hücuma keçib. Hərbi-siyasi dairələrdə hələ də mövqelərini saxlayan Sarkisyanı tam zərərsizləşdirməyə çalışır. Onun ətrafı həbs edilir. Eyni zamanda, digər maliyyə-oliqarx qruplaşmaları da sıradan çıxarılır. Hansı ki, Paşinyanı qəbul etmirlər və o üzdən onlar da hədəfdədir. Artıq Paşinyan Rusiyanın ilk həmləsini aldı. Gümrüdəki rus hərbi birliklərinin məlum hərəkəti xəbərdarlıq idi. Bundan sonra, məncə, erməni baş nazir ya sələfləri kimi Moskvanın diqtəsi ilə oturub-durmalıdır, ya da onun hakimiyyəti çox da uzun olmayacaq. Necə gəlmişdi, eləcə də gedəcək. Onu qarşıda çox çətin bir dövr gözləyir. Yeri gəlmişkən, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması məsələsində Azərbaycan faktoru da mühüm rol oynayır. Bakının bir-iki uğurlu hərbi əməliyyatı olarsa, Paşinyanı heç bir qüvvə hakimiyyətdə saxlaya bilməz”.