Azərbaycanda tənqid hədəfinə çevrilən və ciddi problemlərin olduğu sahələrdən biri xarici siyasətdir. Ölkə olaraq, istər Qarabağ, istərsə də digər məsələlərdə böyük dövlətlərin siyasəti qarşısında aciz olduğumuz təbii qarşılansa da, bəzən ən kiçik müstəvidə belə uğur qazana bilmirik.
Sadəcə, ölkəmizin yerləşdiyi region və neft amili Azərbaycana bir dövlət kimi önə çıxmaq imkanı verib. Xarici siyasəti formalaşdıran və icra edən struktur və şəxslərin isə beynəlxalq siyasətdə ciddi rolu hiss olunmur. Əslində müxtəlif məqamlarda bununla bağlı narazılıqlarını ifadə edənlər də var. Hətta hakimiyyətin aparıcı fiqurları da Azərbaycanı xaricdə təmsil edən şəxsləri zaman-zaman ciddi tənqid ediblər.
Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Bir neçə il öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin o zmankı sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid etmişdi. Avropa Parlamentinin qətnaməsini qərəzli adlandıran Baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyinə də diqqət çəkmişdi. Əli Həsənov Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinə baxmayaraq, Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyirdi: "Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti, hara baxırsan? Bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımalı, ciddi təbdir görülməlidr”.
Son illər bir səfirin Azərbaycan hakimiyyətinə qarşı çıxması, bəzi diaspor rəhbərlərinin ölkəmizi təbliğ etməkdən daha çox, tutduqları mövqedən sui-istifadə edib alverlə məşğul olmaları bu sahəyə diqqəti daha da artırıb. Son günlər ortaya çıxan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı sensasiyalı məqamlar bu sahədə həqiqətən ciddi problemlərin olduğunu ortaya qoyur.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun fəaliyyətini Xarici İşlər Nazirlyinin fəaliyyəti kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, sistemsiz, passiv, qorxaq, dövlətin deyil, hakim bir qrupun və korporativ maraqların təmini üçün çalışırlar: "Əksəriyyətinin başı öz şəxsi işlərinə və bizneslərinə qarışıb. Bu ilk fakt deyil. Ukraynadakı səfirliyimizin ətrafında gedən korrupsiya qalmaqalı dövlətimizin adına utancdır. Səfirlər nəinki diaspora ilə işləmirlər, hətta təqimat aldıqları ölkələrin ictimai-siyasi həyatından da kənarda qalırlar”.
Ə. Orucov qeyd edib ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsində çalışan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubovu ümumiyyətlə, bu qrumda tanıyan olmayıb: "Həmin qurumda görüşlərdə olarkən görüşdüyümüz parlamentarilər bizə bildirdilər ki, Ermənistanın nümayəndısi çox fəal işləyir, hər bir deputatla fərdi iş aparır. Bizdə isə peşəkarlıq nəzərə alınmır. Qohumbazlıq, yaxın əlaqələr əsas götürüldüyündən nəticə də xoşagəlməz olur”.