I Avropa Oyunlarından sonra ölkədəki mövcud siyasi gərginliyin artacağı, sosial-iqtisadi problemlər fonunda bu gərginliyin ciddi qarşıdurmalara çevriləcəyi ilə bağlı fikirlər səslənməkdədir.
Maraqlıdır, Azərbaycanda siyasi mənzərənin yaxın gələcəkdə müsbətə doğru dəyişməsi mümkündürmü? Doğrudanmı, proseslərin mövcud gedişatı bu gərginliyin daha da artması ilə nəticələnəcək?
Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov hesab edir ki, Azərbaycanda siyasi qarışıqlığın baş verməsi arzuedilməzdir və bu həqiqət əsla unudulmamlıdır:
"Mən Azərbaycanda heç vaxt stabilliyin pozulmasını və vəziyyətin kəskinləşməsini istəməmişəm. Bu istiqamətdə fəaliyyətin də qəti əleyhinəyəm. Münaqişə və müharibələrin getdiyi və dərin böhran içərsində olan dövlətlərin acı taleyi, təcrübəsi göz önündədir. Lakin bunlardan hakimiyyət daha çox dərs götürməli, nəticə çıxarmalıdır ki, siyasətlərini və fəaliyyətlərini pozitiv istiqamətdə qursunlar”.
Ə.Orucov I Avropa Oyunları ərəfəsində ölkədə vəziyyətin xüsusilə həssaslaşdığına diqqət çəkdi: "Avropa Oyunları beynəlxalq ictimaiyyətin, xüsusən də Avropanın diqqətini Azərbaycana fokuslayıb. Minlərlə idmançının, jurnalistin, turistin, azarkeşin ölkəmizə gəlişi gözlənilir. Bunların arasında ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları, terror qruplaşmalarının üzvləri, yaxud da təxribatçıların olması da mümkündür. Bundan heç kim sığortalanmayıb. Bir millət və xalq olaraq diqqətli və ayıq-sayıq olmağımız lazımdır.Təbii ki, bizi sevməyənlər də bu fürsətdən yararlanmağa çalışacaqlar. Amma bu da bir həqiqətdir ki, ölkədə çox ciddi problemlər var və bu problemlər hər an partlayışla nəticələnə biləcək dərin böhran həddinədir. Mövcud gərginlikdən və təhlükəli vəziyyətdən çıxmaq əvəzinə bunu xarici düşmən qüvvələrin ayağına yazmaq heç nəyi dəyişməyəcək”.
Ə.Orucov hakimiyyətin azadfikirli insanları cəzalandırmaq məqsədi ilə onları ermənilərlə əlaqələndirmək cəhdlərinin də əsassız olduğunu vurğuladı:
"Son dövrlər erməni faktoru hakimiyyətin əlində bir bəhanəyə və vasitəyə çevrilib. Kim bu iqtidarın yürütdüyü siyasəti bəyənmirsə, özbaşınalıqlara, qanuzsuzluqlara, zülmə, istibdada etiraz səsini ucaldırsa dərhal erməni faktoru, yaxud da hansısa xarici qüvvələrin düşmən münasibəti dövrəyə soxulur. Sual olunur, əgər erməniyə, xarici düşmənlərə işləyən qüvvələr və insanlar varsa dövlət niyə tədbir görmür?”
AMİP yetkilisi yaxın gələcəklə bağlı gözləntilərinin də nikbin olmadığını qeyd etdi:
"Çox təəssüflər olsun ki, bu gün baş verənlər Azərbaycanda siyasi proseslərin yaxın gələcəkdəki inkişaf trayektoriyası ilə bağlı ürəkaçan heç nə vəd etmir. Həyatın bütün sahələrində durum ciddiliyini daha da artırmaqdadır. Məncə, istismar müddətini başa vuran, enerjisi tükənməkdə olan bu iqtidar artıq öz yerni yeniliyə, perspektivlərə və inkişafa verməlidir. Özü də bu bu proses nə qədər tez baş versə, bir o qədər ağrısız və itkisiz olardı”.
Seymur Əliyev