Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

 İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Virtualaz.org-un məlumatına görə, püşkün nəticələrinə əsasən, azarkeşlər iki erkən final oyunu izləyə biləcəklər. Belə ki, Madridin "Real” klubu Münhenin "Bavariya” komandasına rəqib olub.

"Barselona” isə "Yuventus” ilə qarşılaşacaq. Bundan başqa, "Atletiko Madrid” klubu "Lester Siti”, Dordmundun "Borussiya” komandası isə "Monako” ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyunları aprelin 11-də və 12-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqasının final matçı Uelsin paytaxtı Kardifdə oynanılacaq.