Ceyran Dursun qızı Ənsər

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin siyasi müşaviri. 
 Ceyran Dursun qızı Ənsər, 25 yanvar 1956 – cı ildə indiki Ermənistan adlanan Qərbi Azərbaycanın Noyamberyan rayonunun keçmiş Ləmbəli, indiki Baqrataşen qəsəbəsində anadan olub. Baqrataşen 2N-li orta məktəbini  bitirdikdən sonrq 1972 /73-cü ildə M. Ə. Sabir adına Pedoqoji Məktəbinə daxil olub. 1975/76-cı illərdə oranı bitirib Baqrataşen 2N-li orta məktəbində müəllim işləyib. 

1988-ci ilin noyabr ayının 25-dən məlum hadisələrlə bağlı rayon rəhbərliyi  tərəfindən dədə-baba torpaqlarından silah gücü ilə zorla çıxarılaraq Azərbaycana deportasiya olunub. 

1989-cu ildən 2016-cı ilədək  "QASİD" ASC - də şöbə müdiri işləyib. 

1989 – cu ildən  Milli Azadlıq Hərəkatına qoşulub. Ölkədə ilk yaranan siyasi partiyanın-Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasında fəal iştirak edib. Bir dəfə proporsional, 1 dəfə mojaritar seçki sistemi ilə Milli Məclisə, üç dəfə bələdiyyə seçkisinə namizəd olub. 
Hal-hazırda AMİP Siyasi Şurasının üzvü, partiya sədrinin müşaviridir.