Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib. Paytaxt Pxenyanda mülki əhalinin təxliyyə edilməsinə başlanıb. Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin ən azı 25 faizinin təxliyyə edilməsi əmrini verib. Eyni zamanda, Şimali Koreya rəhbərliyi sürətli şəkildə müharibəyə hazırlıq işlərinə başlayıb, ordunun bütün bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. Bütün bunlara səbəb ABŞ, Çin və Şimali Koreya arasında gözlənilən müharibə ehtimalıdır.
Çin hökuməti isə Şimali Koreya ilə sərhədə 150 min nəfərlik hərbçi toplayıb.
Həmçinin, ABŞ donanmasına məxsus hərbi gəmilər və Yaponiya dəniz donanması da Koreya yarımadasına yaxınlaşıb.
Xatırladaq ki, son illər Şimali Koreya ordusunun nüvə raketləri sınaqları həyata keçirməsi ilə bağlı ABŞ və Çini təhdid edir. Nəticədə ABŞ və Çinin hökumət rəhbərliyi Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Hətta ABŞ prezidenti Donald Tramp Çin rəhbərliyinə Şimali Koreyanın hərbi təhdidlərinə qarşı birgə görüş keçirilməsini təklif edib.
Onu da bildirək ki, dünya mətbuatı Şimali Koreyanın nüvə sınaqları həyata keçirdiyi 2006-cı ildən bəri ilk dəfə bu qədər müharibəyə yaxınlaşdığını yazıb. Faktiki olaraq 4 ölkə - Çin, Yaponiya, ABŞ və Cənubi Koreyanın Pxenyana qarşı ittifaq yaradacağı da gündəmdədir. Belə bir ittifaqın yaradılması mümkündürmü?
AMİP beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, Şimali Koreya avtoritar ölkədir və bu dövlətin nüvə silahına yiyələnməsi ABŞ-ın marağı olduğu bölgə üçün ciddi təhlükə mənbəyidir: "Şimali Koreyanın qonşusu Cənubi Koreya ABŞ-ın müttəfiqidir və bu ölkənin təhdid edilməsi ABŞ-ın təhdid edilməsi mənasına gəlir. Yaponiya da həmin bölgədə yerləşdiyi üçün, Şimali Koreyaya qarşı yaradılacaq istənilən ittifaqda təmsil olunmağa hazır görünə bilər. Ancaq hesab edirəm ki, ABŞ-ın özü də Şimali Koreya ilə müharibə etməkdə maraqlı deyil. Çünki bu kütləvi qırğınla nəticələnə bilər. Şimali Koreya kimi avtoritar rejimə malik ölkənin əlində kütləvi qırğın silahları var. Heç nədən çəkinmədən, özünü qorumaq üçün həmin silahların tətbiqi risqinə də gedə bilər. Sadalanan dörd ölkədən Şimali Koreyanın nisbətən Çinlə münasibətləri normaldır. Bu məsələdə Vaşinqtona Pekin də dəstək verə bilər. Şimali Koreyanın ticarətinin əsas hissəsi bu ölkə ilədir. Çinin ABŞ-la da sıx dialoqu var. Ona görə də Tramp Çinin vasitəçilik imkanlarından istifadə edə bilər. Müharibə təhlükəsi artarsa, bu hamı üçün fəlakət olacaq. Nüvə və kimyəvi silahın tətbiqi sayəsində yüz minlərlə insan həlak olacaq, müharibəyə başqa dövlətlər də qoşulacaq, dünyanı ekoloji fəlakət bürüyəcək. Bu baxımdan da, belə bir ittifaq yaradılsa belə, onun bütün səyləri müharibə etmək yox, onun qarşısını almağa yönələcək".