Davudoğlu ABŞ-a qəfil səfər etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf, Türkiyənin baş nazir Əhməd Davudoğlu, baş nazirin müavini Əli Babacan və maliyyə naziri Məmməd Şimşekin ABŞ-da səfərdə olduqları haqda məlumata malik olmadıqlarını bildirib. Marie Harf, paytaxt Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında bir jurnalistin Türkiyə rsimlərinin ABŞ-da olması ilə bağlı sualına cavab olaraq bunu bildirib: ''Mən bu haqda heç nə eşitmədim”,- deyə Harf bildirib. Harf, Türk səlahiyyətlilərlə müəyyən bir görüş olub olmayacağı sualını da, ''Üzgünəm, mən onların səfəri haqda heç nə eşitmədim və bu haqda məlumat da malik deyiləm".