Ərdoğana qarşı hiddətlərini anlamaq mümkündür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi bayatı, həqiqətləri özündə əks etdirən bayatıdır.,,Mən səndən ayrılmazdım, zülüm ilə ayırdılar".

Bu ayrılıq və bölünmədən yüz minlərlə türk ailələri nəsibini almışdır.Bunlardan biri də bizim ailəmizdir.Yəni,mənim atam və anamın ailələri. O ailələr ki, Azərbaycan bölündükdən sonra,ailələrin bir qismi o tayda, bir qismi isə bu tayda qaldı.Atam ölənə kimi anasını,qardaşını, bir daha görə bilmək arzusu ilə yaşadı. Amma olmadı.Anam tərəf də həmçinin, eynilə bu ayrılığın ağrı açısından öz nəsiblərini almış ailələrdən biridir.Düşünün ki,bir insan həyatı boyu, doğmalarını görə bilmək arzusu ilə yaşayır və onları heç vaxt görə bilməmək qorxusu ilə də dünyasını dəyişir.

Yüz minlərlə o taylı,bu taylı insanlara bu həyatı yaşamağa məhkum edənlər,ədalətli ola bilərlərmi?Bu kimi xalq bayatıları, insanların yaşadıqları haqsızlıqlardan qaynaqlanmadımı?

Əslində, bu ləkəli tarixi hadisələrin müəlliflərinin, Ərdoğana qarşı hiddətlərini anlamaq mümkündür.Çünki, Ərdoğanın söylədiyi bayatı, kimlərinsə həqiqi simasını və tarixi ləkəni açıq şəkildə göstərmişdir.Nə qədər utanc verici bir iş olduğunu da yaxşı anladıqlarını göstərdilər.Bir İslam, müsəlman ölkəsi , başqa bir müsəlman olkəsinin torpaqlarına və ərazisinə qarşı separatçılıq və işğalçılıq edərmi?Öz müsəlman qardaşlarına qarşı zülüm və həsrət dolu həyat yasadarmı?

Hər kəsə aydındır,məsələnin məğzində nə olduğu. Ki,orda yaşayan türkləri ancaq məzhəb adı altında İrana bağlamaq olar.Əks təqdirdə onlar əllərindən kayıb (sürüşüb) gedəcək.İnsanların inancı üzərindən siyasi məqsədlər üçün istifadə etmək və bütün bu çirkin siyasətin məğzində, ölkədə yaşayan 40-milyonluq türkün əsla özünü dərk etməməsi üçün istifadə olunmasına xidmət göstərən amildir. Ərdoğanın dilindən söylənilən bu bayatı,onları diskindirməsin,bəs nə etsin?

Əslində isə onların hiddəti, günahkar birinin psixoloji durumundan qaynaqlanan,, özünə bəraət" halıdır.Amma, çox bərbad görünür.

 

Çingiz Şahbazi