Ermənilərin Avropada və ABŞ-da cinayətkar şəbəkələri üzə çıxdı

ABŞ müraciət edən ermənilərin 50 faizdən çoxuna qeyri-immiqrasiya vizasının verilməsindən imtina edir. Belə ki, ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

Sözügedən hesabatdan məlum olub ki, Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.

Bu il ABŞ hökuməti keçmiş SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci yerdədir. Vizalarla bağlı ən az imtina isə Azərbaycan (25,43%), Belarus (21,93%), Estoniya (24,81%), Latviya (18,98%) və Litva (18,67%) vətəndaşlarına verilib.

O da məlum olub ki, Ermənistan vətəndaşlarına sözügedən vizaların verilməməsi say baxımından ilbəil artır. Bu amilin özü maraqlı məqamlardan xəbər verir. Bu onu göstərir ki, ABŞ əvvəlki illərdə olduğu kimi, Ermənistana xüsusi maraq göstərmir.

"Gözlənir ki, Ermənistandan olan miqrantlara qarşı gələcəkdə daha çox qadağa qoyulsun”

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ABŞ-ın Ermənistana turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizaların virilməsindən kütləvi şəkildə imtina etməsi təsadüfi deyil: "Sovetlər dağılandan sonra ermənilər uzun illərin ideoloji hazırlıqlarından və beynəlxalq erməni diasporunun gücündən istifadə edərək dünya ictimaiyyətinə özlərini məzlum, sülhsevər, mədəniyyətli millət kimi təqdim edərək aldada bildilər. Lakin zaman-zaman əsl erməni sifəti üzə çıxmağa başladı. Bu ifşada əsas rolu Azərbaycan oynasa da, digər amillərin də rolu var. Yəni beynəlxalq aləmin ikiüzlü, yaltaq, qorxaq və xəyanətkar ermənilərə qarşı münasibətləri kökündən dəyişdi. Onların ən böyük havadarları olan Fransa, ABŞ kimi dövlətlər artıq ermənilərin əsassız iddialarından, hikkə və qəzəbindən təngə gəlib. Hələ Rusiyanı demirəm. Məlum olduğu kimi, özlərini məzlum kimi təqdim edən ermənilərin Avropada və ABŞ-da cinayətkar şəbəkələri üzə çıxdı. Təxminən 3 il əvvəl ABŞ-da ermənilərdən ibarət böyük bir mütəşəkkil dəstə hüquq-mühafizə orqanları tərəfindən yaxalandı. İstintaq zamanı ağılasığmaz cinayətlər ortaya çıxdı. Narkotik və qaçaqmalçılıq, insan alveri, qarət, soyğunçuluq, zorlama və s. Bu cinayətkar dəstənin törətdiyi cinayətlər ən qorxunc qanqsterlərin və mafiyaların cinayətlərini geridə buraxdı. Təbii ki, Amerika cəmiyyəti də bu kimi cinayətləri bilə-bilə ermənilərə qucaq açmasını mümkünsüz edir. Hələ mən digər cinayətləri demirəm. Ermənilərin ABŞ-da törətdikləri qanunsuzluqların və cinayət əməllərinin miqyası o qədər böyükdür ki, ABŞ hökuməti sonda hərəkətə keçmək, erməni miqrantlara qarşı müəyyən məhdudiyyətlər qoymaq məcburiyyətində qaldı. Gözlənir ki, Ermənistandan olan miqrantlara qarşı gələcəkdə daha çox qadağa qoyulsun. Erməni hər yerdə ermənidir və onların xəyanətkar, cinayətkar xarakterləri gec-tez özünü büruzə verir”.