Er­mə­nis­tanın Ru­si­ya­dan ay­rıl­ma­sı onun bir döv­lət ki­mi möv­cud­lu­ğu­na son qo­yul­ma­sı olar­dı

Əli Oruc­lu: "Bu oyun­lar Azər­bay­ca­nın müs­tə­qil si­ya­sə­ti­nə ən­gəl tö­rət­mək üçün­dür"

El­xan Şa­hi­noğ­lu: "Er­mə­nis­tan Ru­si­ya­nın is­tə­yi xa­ri­cin­də bir ad­dım da ata bil­məz"

Ap­re­lin 2-də Qa­ra­bağ­da Azər­bay­can­la Er­mə­nis­tan or­du­su ara­sın­da baş ve­rən qan­lı dö­yüş­lər­dən, Azər­bay­can or­du­su­nun son dö­yüş­də qə­lə­bə çal­ma­sın­dan son­ra Er­mı­nis­ta­nın hi­ma­yə­da­rı olan şi­mal qon­şu­muz Ru­si­ya­nın na­ra­hat­lı­ğı or­ta­da­dır. Ma­raq­lı­dır ki, son ha­di­sə­lər­dən son­ra Ru­si­ya trə­fin­dən Azər­bay­ca­nın Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­na (Aİ­İ) üzv qə­bul edil­mə­si mə­sə­lə­si ye­ni­dən gün­də­mə gə­ti­ri­lib. Xü­su­si­lə, Ru­si­ya xa­ri­ci iş­lər na­zi­ri Ser­gey Lav­rov və bu öl­kə­nin baş na­zi­ri Dmit­ri Med­ved­ye­vin Ba­kı­ya sə­fə­rin­dən son­ra öl­kə­mi­zin Aİİ-yə da­xil ol­ma­sıı qar­şı­lı­ğın­da Azər­bay­ca­nın Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş bir ne­çə ra­yo­nu­nun ge­ri qay­ta­rıl­ma­sı­nın müm­kün­lü­yü ba­rə­də fi­kir­lər səs­lən­di­ri­lir.

Qeyd edək ki, bu ara­da Er­mə­nis­tan par­la­men­ti­nin de­pu­ta­tı və "Azad De­mok­rat­lar" Par­ti­ya­sı­nın səd­ri Xa­ça­tur Ko­ko­bel­yan öl­kə par­la­men­ti­nə "Er­mə­nis­ta­nın Av­ra­si­ya İq­ti­sa­di Bir­li­yi­nin üzv­lü­yün­dən çıx­ma­sı ilə bağ­lı pro­se­du­run baş­lan­ma­sı" ad­lı qa­nun la­yi­hə­si­ni təq­dim edib. "RİA No­vos­ti"nin yay­dı­ğı mə­lu­ma­ta gö­rə, qə­rar onun­la əsas­lan­dı­rı­lır ki, Er­mə­nis­ta­nın 1 il ər­zin­də bu it­ti­faq­da üzv ol­ma­sı öl­kə­lə­rin in­teq­ra­si­ya­sı on­la­rın ri­fah sə­viy­yə­si­nin yük­səl­dil­mə­si üz­rə əv­vəl­cə­dən plan­laş­dı­rıl­mış ad­dım­la­rın hə­ya­ta ke­çi­ril­mə­si­nə gə­ti­rib çı­xar­ma­yıb. Ək­si­nə, ötən il ər­zin­də Er­mə­nis­ta­nın Aİİ-yə üzv öl­kə­lə­rə ix­ra­ca­tı xey­li aza­lıb. Sta­tis­tik mə­lu­mat­la­ra gö­rə, 2015-ci il­də ix­ra­cat ümu­mi­lik­də 4,7%, Ru­si­ya­ya ix­ra­cat isə 28.1% aza­lıb. Qa­nun la­yi­hə­sin­də o da gös­tə­ri­lir ki. Aİİ-yə üzv­lük Er­mə­nis­ta­nın izol­ya­si­ya­sı­na və xa­ri­ci in­ves­ti­si­ya­la­rın azal­ma­sı­na gə­ti­rib çı­xa­rıb. Bun­dan baş­qa, Ko­ko­bel­yan Qa­ra­bağ­da­kı in­si­dent­lər za­ma­nı Mosk­va­nın möv­qe­yi­nin də tən­qi­də la­yiq ol­du­ğu­nu de­yib.

Bəs gö­rə­sən, Azər­bay­ca­nın Aİİ-yə üzv­lü­yü, həm­çi­nin Er­mə­nis­ta­nın bu it­ti­faq­dan çıx­ma­sı müm­kün­dür­mü? Bu su­al­lar­la pol­to­loq­la­ra mü­ra­ci­ət et­dik.

AMİP Siyasi Şurasının üzvü, po­li­to­loq Əli Oruc­lu bil­dir­di ki, 2 ap­rel ta­ri­xin­də cəb­hə­də baş­la­nan er­mə­ni təx­ri­ba­tı­nın əs­lin­də nə­dən iba­rət ol­du­ğu get­dik­cə ay­dın­laş­maq­da­dır. Onun söz­lə­ri­nə gö­rə, hə­min təx­ri­ba­tı Mosk­va və İrə­van bir­lik­də ha­zır­la­yıb: "Məq­səd də Azər­bay­ca­nı Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­na, Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si­nə cəlb elə­mək­dir. Yə­ni bir növ Azər­bay­ca­nın su­ve­ren­li­yi mə­sə­lə­si­nə mü­əy­yən məh­du­diy­yət­lər ya­rat­maq is­tə­yir­lər. Ona gö­rə də bu mə­sə­lə­nin ye­ni­dən gün­də­mə gə­ti­ril­mə­si əs­lin­də Ru­si­ya­nın uzun il­lər­dən bə­ri olan niy­yə­ti­nin or­ta­ya qo­yul­ma­sın­dan iba­rət­dir. Hər kə­sə mə­lum idi ki, Ru­si­ya həm Er­mə­nis­ta­nı, həm Azər­bay­ca­nı əlin­də sax­la­maq üçün Qa­ra­bağ mə­sə­lə­sin­də is­ti­fa­də edir­di. Bey­nəl­xalq aləm Er­mə­nis­ta­nı Ru­si­ya­nın bir əya­lə­ti ki­mi qə­bul edir. An­caq bu oyun­la­rın məq­sə­di Azər­bay­ca­nın müs­tə­qil döv­lət ki­mi müs­tə­qil si­ya­sə­ti­nə ən­gəl tö­rət­mək­dir".

Ə.Oruc­lu Er­mə­nis­ta­nın Aİİ-dən çıx­ma­sı ça­ğı­rış­la­rı­na da to­xu­na­raq bil­dir­di ki, Er­mə­nis­tan "həm qor­xur, həm qor­xu­dur" prin­si­pi ilə hə­rə­kət edir. Po­li­to­lo­qun fik­rin­cə, Er­mə­nis­tan heç za­man Ru­si­ya­nın tə­si­ri al­tın­dan çı­xa bi­məz: "Er­mə­nis­tan ad­lı döv­lə­ti Ru­si­ya ya­ra­dıb, bu gün də onu Ru­si­ya hi­ma­yə edir, si­lah­lan­dı­rır. Ona gö­rə də onun Ru­si­ya­dan ay­rıl­ma­sı, Ru­si­ya­ya hər han­sı eti­raz bil­dir­mə­si ki­mi fi­kir­lə­ri sər­səm fi­kir­lər­dir. Onun da ca­va­bı­nı Ru­si­ya­nın rəs­mi dai­rə­lə­ri ve­rib­lər ki, "bə­zi adam­lar Er­mə­nis­tan­da de­yə­sən, həd­lə­ri­ni aşıb­lar". Konk­ret de­yə bi­lə­rik ki, Er­mə­nis­tan bü­tün ba­xım­lar­dan Ru­si­ya­dan ası­lı və­ziy­yət­də­dir və Ru­si­ya­dan ay­rıl­ma­sı da onun bir döv­lət ki­mi möv­cud­lu­ğu­na son qo­yul­ma­sı olar­dı".

Po­li­to­loq El­xan Şa­hi­noğ­lu isə he­sab edir ki, əgər Ru­si­ya Er­mə­nis­ta­nı il­kin şərt irə­li sür­mə­dən Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da­kı ra­yon­la­rı bo­şalt­ma­ğa ra­zı sa­lar­sa və mər­hə­lə­li həll pla­nı işə dü­şər­sə, bu təq­dir­də Azər­bay­can Ru­si­ya­nın is­tə­yi əsa­sın­da Aİİ-yə üzv­lü­yü­nü mü­za­ki­rə­yə çı­xa­ra bi­lər: "Bur­da qor­xu­lu elə bir şey də yox­dur. Onu on­suz da cid­di qu­ru­ma da çe­vi­rə bil­mə­yib­lər. Hət­ta iş o ye­rə ça­tıb ki, qu­ru­mun iki əsas üz­vün­dən bi­ri olan Qa­za­xıs­ta­nın pre­zi­den­ti be­lə Av­ra­si­ya İq­ti­sa­di Bir­li­yi­nin ak­tiv­li­yin­dən şi­ka­yət edir. Yə­ni Müs­tə­qil Döv­lət­lər Bir­li­yin­dən elə bir fər­qi ol­ma­ya­caq. Ona gö­rə də hə­qi­qə­tən də Ru­si­ya mü­na­qi­şə­nin həl­lin­də cid­di rol oy­na­maq is­tə­yir­sə, bu mə­sə­lə­də ra­zı­lı­ğa gə­lə bi­lə­rik".

Er­mə­nis­tan par­la­men­ti­nin üz­vü­nün bu öl­kə­nin Aİİ-dən çıx­ma­sı ilə bağ­lı təq­dim et­di­yi qa­nun la­yi­hə­si­nin qə­bul olun­ma­sı­nın müm­kün­lü­yü mə­sə­lə­si­nə gə­lin­cə, E.Şa­hi­noğ­lu­nun söz­lə­ri­nə gö­rə, ha­zır­da Er­mə­nis­tan­da san­ki bir oyun ge­dir. "Gu­ya Ru­si­ya­ya əzə­lə nü­ma­yiş et­di­rir­lər. De­yir­lər ki, Azər­bay­ca­na si­lah sat­ma, han­sı ki, bu si­lah­la­rı biz pul­la alı­rıq və Ru­si­ya­ya xe­yir ve­ri­rik. Ya­xud par­la­ment­də mə­sə­lə qal­dı­rır­lar ki, gu­ya Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qın­dan çı­xa­caq­lar. An­caq bun­lar müm­kün ol­ma­ya­caq. Çün­ki Er­mə­nis­tan Ru­si­ya­nın tə­si­ri al­tın­da­dır və Ru­si­ya­nın is­tə­yi xa­ri­cin­də Er­mə­nis­tan ha­ki­miy­yə­ti bir ad­dım da ata bil­məz. Ona gö­rə də gu­ya bun­lar Ru­si­ya­ya xə­bər­dar­lıq ma­hiy­yə­ti da­şı­yır, an­caq Er­mə­nis­tan ha­ki­miy­yə­ti bu ad­dı­mı at­ma­ya­caq. Si­zə bir mi­sal de­yim: Çox əsəb­ləş­di­lər ki, ni­yə Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­nın top­lan­tı­sı İrə­van­da ke­çi­ril­mə­di? Bi­lir­si­niz ki, Qa­za­xıs­tan­la Be­la­rus cəb­hə böl­gə­sin­də­ki və­ziy­yə­ti əsas gə­ti­rə­rək top­lan­tı­nın Mosk­va­da ke­çi­ril­mə­si­ni is­tə­di. Əv­vəl­cə er­mə­ni­lər de­di­lər ki, bu, bi­zə çox pis tə­sir edir, biz Mosk­va­ya da ge­dib top­lan­tı­da iş­ti­rak et­mə­yək. An­caq in­di xə­bər gə­lir ki, Er­mə­nis­ta­nın baş na­zi­ri Mosk­va­da­kı top­lan­tı­da iş­ti­rak edə­cək. Yə­ni Er­mə­nis­tan Ru­si­ya­nın is­tə­yi xa­ri­cin­də bir ad­dım da be­lə ata bil­mir", - de­yə El­xan Şa­hi­noğ­lu bil­dir­di.