Elşən Mustafayev: "ABŞ-ın siyasətində biz eyni yumşalmanı İrana yönəlik də hiss edirik"
ABŞ-ın dövlət katibi Con Kerri ölkəsinin Suriyadakı konfliktin sona yetməsi üçün Prezident Bəşər Əsədlə danışıq aparmalı olduğunun vacibliyini bəyan edib.
Dövlət katibi martın 15-də CBS telekanalına müsahibəsində ABŞ-ın Bəşər Əsədi ölkəsində vətəndaş müharibəsinin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün əlindən gələni etdiyini bildirib. Onun sözlərinə görə, bütün tərəflər münaqişənin güc yolu ilə həllinin mümkün olmadığını başa düşür. "Lakin Bəşər Əsədi danışıqlara cəlb etmək üçün siyasi həll yolunu axtarmağa hazır olduğumuzu sübut etməli və bununla da onun fikrini dəyişməliyik" - deyə Con Kerri əlavə edib.
Dəməşq hələ ki, ABŞ-ın dövlət katibinin sözlərinə reaksiya verməyib.
Bu günə qədər Vaşinqton Bəşər Əsəd hakimiyyətinin legitim olmadığını dönə-dönə bəyan edir və onu öz postundan getməyə çağırırdı. Con Kerri hətta bir neçə gün bundan əvvəl Suriyada hakimiyyəti dəyişmək üçün Əsəd rejiminə qarşı hərbi təzyiq edilməsinin mümkünlüyündən danışırdı.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi artıq dörd ilə yaxındır davam edir. Münaqişə zamanı, müxtəlif hesablamalara görə, 220 minə qədər insan həyatını itirib. Bundan başqa, indiyə qədər Suriya ərazisinin təxminən 1/3 hissəsi terrorçu İŞİD qruplaşmasının nəzarətinə keçib.
Qeyd edək ki, ABŞ rəsmilərinin bu mövqeyindən sonra dünyanın aparıcı ölkələri və ən başlıcası, rəsmi Vaşinqtonla müttəfiq sayılan dövlətlər Bəşər Əsədlə danışıqların bərpasına etiraz edib. ABŞ-ın Suriya siyasətində nəzərəçarpan yumşalma nə ilə bağlıdır?
Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-ın bu jesti konkret geopolitik çalarla bağlıdır: "Əvvəlcə Suriya konfliktinin yaranma tarixinə nəzər yetirək. Bu hadisə ərəb coğrafiyasında baş qaldıran inqilablar fonunda baş verdi. Danılmaz faktdır ki, həmin hadisələrin hərəkətverici qüvvəsi məhz ABŞ idi. Ancaq Suriyada hər şey asan olmadı. Rusiyanın böyük dəstəyi hesabına Əsəd hakimiyyəti qoruyub saxlaya bildi. ABŞ-ın Əsədə qarşı yumşalmasının kökündə siyasi manevr cəhdləri dayanır. Bu həmin ölkənin yeni formalaşdırdığı Rusiya siyasətilə bağlıdır. ABŞ-ın siyasətində biz eyni yumşalmanı İrana yönəlik də hiss edirik.
Bu, ABŞ-la düşmən olan, lakin Rusiyaya meyllənən dövlətlərdir.
ABŞ bununla öz qüvvəsini dağınıq halda xərcləmək istəmir. Məcburi güzəştlər Rusiyanın qarşısında daha da qüdrətli olmağa hesablanıb. Ancaq bunu heç də ABŞ-a uğur gətirəcək siyasət saymaq olmaz".
Məhəmmədəli QƏRİBLİ