Fran­sa­da baş ve­rən­lə­ri tə­sa­düf ad­lan­dır­maq ol­maz

"On­lar bir çox pre­zi­den­ti sor­ğu-su­a­la çək­sə­lər də, pre­zi­dentli­yə na­mi­zəd­lər­lə bağ­lı be­lə ad­dım­lar atıl­ma­yıb"

Fran­sa­da pre­zi­dentli­yə na­mi­zəd olan iki şəx­sin ət­ra­fın­da qal­ma­qal da­vam edir. Bə­zi me­dia qu­rum­la­rı isə bu­nu seç­ki pro­se­si­nə ko­bud mü­da­xi­lə ki­mi qiy­mət­lən­di­rir. Ha­zır­da Fran­sua Fi­yon kor­rup­si­ya­da it­ti­ham olu­nur, Ma­ri­ne Le Pe­nin isə de­pu­tat to­xu­nul­maz­lı­ğı ləğv edi­lib.

Fran­sa pre­zi­dentli­yi­nə na­mi­zəd Fran­sua Fi­yo­nun hə­yat yol­da­şı P.Fi­yon da sax­la­nıb. Onun ma­liy­yə po­zun­tu­su ilə bağ­lı ifa­də ver­di­yi bil­di­ri­lir. Bu ba­rə­də "Re­u­ters" agentli­yi xə­bər ya­yıb. Qeyd edək ki, ötən ay pro­ku­ror­luq P.Fi­yon ba­rə­sin­də is­tin­taq işi­nə baş­lan­dı­ğı­nı bə­yan et­miş­di.

"Le Ca­nard Encha­i­ne" qə­ze­tin­də ge­dən ya­zı­dan son­ra Fran­sua və Pe­ne­lo­pe Fi­yon­lar kor­rup­si­ya qal­ma­qa­lı ilə bağ­lı diq­qət mər­kə­zi­nə dü­şüb­lər. Qə­ze­tin yaz­dı­ğı­na gö­rə, P.Fi­yon bir ne­çə il Fran­sa par­la­men­ti­nin aşa­ğı pa­la­ta­sın­da hə­yat yol­da­şı­nın kö­mək­çi­si iş­lə­yib, am­ma fak­ti­ki ola­raq heç bir öh­də­li­yi ol­ma­yıb. Mə­lu­ma­ta gö­rə, Pe­ne­lo­pe bu müd­dət ər­zin­də ümu­mi­lik­də təx­mi­nən 500 min av­ro ma­aş alıb.

Ma­liy­yə po­zun­tu­su qal­ma­qa­lı ilə üz­lə­şən pre­zi­dentli­yə na­mi­zəd F.Fi­yon isə mü­ba­ri­zə­dən çə­kil­mək fik­rin­də ol­ma­dı­ğı­nı bil­di­rib. Bax­ma­ya­raq ki, bun­dan əv­vəl o bil­di­rib ki, ona qar­şı rəs­mi it­ti­ham irə­li sü­rül­sə, na­mi­zəd­li­yi­ni ge­ri gö­tü­rə­cək. Mə­lu­ma­ta gö­rə, Fi­yon ona qar­şı irə­li sü­rü­lən it­ti­ha­mı "si­ya­si qətl" ad­lan­dı­rıb.

Fi­yon, həm­çi­nin, mar­tın 15-də məh­kə­mə qar­şı­sın­da da­ya­na­ca­ğı­nı bil­di­rib. Hə­min pro­ses­də ona qar­şı döv­lət əm­la­kı­nı oğur­la­maq­la bağ­lı rəs­mi it­ti­ham irə­li sü­rül­mə­li­dir.

Fran­sa pre­zi­dentli­yi­nə baş­qa bir na­mi­zəd - Ma­ri­ne Le Pen isə de­pu­tat to­xu­nul­maz­lı­ğın­dan məh­rum olu­nub. Mə­lu­ma­ta gö­rə, onun de­pu­tat to­xu­nul­maz­lı­ğın­dan məh­rum edil­mə­si­ni Nant Pro­ku­ror­lu­ğu is­tə­yib. Pro­ku­ror­luq onun so­si­al şə­bə­kə­lər­də "İs­lam döv­lə­ti" ya­raq­lı­la­rı­nın edam fo­to­la­rı­nı yay­ma­sı ilə bağ­lı ha­zır­da is­tin­taq apa­rır. Söh­bət Ma­ri­ne Le Pe­nin 2015-ci il­də "Tvit­ter"də, ame­ri­ka­lı jur­na­list Ceyms Fo­li­nin öl­dü­rül­mə­si də da­xil ol­maq­la, ter­ror­çu­la­rın edam fo­to­la­rı­nı yay­ma­sın­dan ge­dir. Bir sı­ra hü­quq­şü­nas­lar bu­nu zo­ra­kı­lı­ğın təb­li­ği ad­lan­dı­rıb. Am­ma Ma­ri­ne Le Pen pro­ku­ror­lu­ğun ça­ğı­rı­şı­na mə­həl qoy­ma­yıb.

Rəy sor­ğu­la­rı­na gö­rə, Ma­ri­ne Le Pen seç­ki­nin bi­rin­ci mər­hə­lə­sin­də qa­lib gəl­sə də, ikin­ci mər­hə­lə­də udu­za­caq.

Qeyd edək ki, ap­re­lin 23-də Fran­sa­da növ­bə­ti pre­zi­dent seç­ki­si ke­çi­ri­lə­cək.

Fran­sa­da pre­zi­dentli­yə na­mi­zəd­lər­lə bağ­lı ya­şa­nan­la­rı ne­cə də­yər­lən­dir­mək olar?

Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın funksi­o­ne­ri El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, Fran­sa­da baş ve­rən­lə­ri tə­sa­düf ad­lan­dır­maq ol­maz. F.Fi­yon şox şanslı na­mi­zəd sa­yı­lır. Onun qə­lə­bə qa­zan­maq şansla­rı çox­dur: "Fran­sa­da seç­ki mü­ba­ri­zə­si ənə­nə­vi iki par­ti­ya ara­sın­da da­ha çox ge­dir. Ma­ri­ne Le Pen isə on­lar­dan de­yil. Mil­lət­çi­lə­ri təm­sil edən bu na­mi­zə­din qə­lə­bə qa­zan­maq şan­sı çox aşa­ğı­dır. Çün­ki bun­dan əv­vəl ke­çi­ri­lən bə­lə­diy­yə seç­ki­lə­rin­də on­la­rın nə­ti­cə­si çox aşa­ğı olub. Fran­sa­da ha­zır­da ta­rix­də gö­rün­mə­miş ha­di­sə ya­şa­nır. Bi­lir­si­niz ki, hə­min öl­kə­də pro­ku­ror­luq çox güc­lü və müs­tə­qil­dir. On­lar bir çox pre­zi­den­ti sor­ğu-su­a­la çək­sə­lər də, pre­zi­dentli­yə na­mi­zəd­lər­lə bağ­lı be­lə ad­dım­lar atıl­ma­yıb. Mən bu­nu in­di­ki ha­ki­miy­yə­tin qal­ma­sın­da ma­raq­lı olan qüv­və­lə­rin təz­yi­qi ki­mi qiy­mət­lən­di­ri­rəm. Fi­yo­nun hə­yat yol­da­şı ilə bağ­lı din­lə­mə elə bir vax­ta tə­yin olu­nub ki, ora­da han­sı­sa nöq­san aş­kar olu­nub na­mi­zəd seç­ki pro­se­sin­dən kə­nar­laş­dı­rıl­sa, Fi­yo­nun par­ti­ya­sı əla­və na­mi­zəd irə­li sü­rə bil­mə­yə­cək və bu­nun­la da əsas na­mi­zəd seç­ki­dən kə­nar­da qa­la­caq. An­caq Fi­yo­nun özü də boş qal­mır. Bu "qa­ra pi­ar"ı öz təb­li­ğa­tı­na çe­vi­rə bi­lib".