Azərbaycan Respublikası
Prezidenti Yanında Gənclər fondunun élan etdiyi 6-cı qrand müsabiqəsinin
qaliblərindən olan Aydan Cəlilovanın həyata keçirdiyi "Gənc yazarların
vətənpərvərlik ruhunda şer müsabiqəsi” lahiyənin icrası başa çatmışdır. Lahiyənin
həyata keçirilməsi məqsədilə çap materialları hazırlanmış çoxaldılaraq
paylanmışdır. Müsabiqələrin keçirilməsi üçün şerlərin təqdim olunması üçün şərtlər
və zaman müəyyənləşdirərək elanlar verilmişdir.
Lahiyənin həyata keçirilməsində tərəfdaş təşkilat Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi olmuşdur.
Lahiyənin icrası məqsədi ilə 19 noyabr 2014-cü il tarixində Bakı şəhərində Yasamal rayonunda 21 saylı məktəblə birgə gənc şairlərin şer müsabiqəsi keçirilmişdir. Müsabiqədə 25 nəfər şagird iştirak etmişdir .Qaliblər mükafatlandırılmışdır.
26 noyabr 2014 cü il tarixində Sumqayıt şəhərlərində 2 saylı kitabxanada gənc yazarların şer müsabiqələri keçirilmişdir. Müsabiqədə 3 yer üzrə qaliblər müəyyənləşdirilmiş və müsabiqələrin qalibləri mükafatlandırılmışdırlar.
29 noyabr 2014-cü il tarixdə Bakı şəhərində gənc şairlər və ictimaiyyət nümayəndələri ilə daha bir görüş keçirilməsi nəzərdə tutulmuşdur.