Bu gün Bakı Apelyasiya Məhkəməsində
hakim Abid Abdinbəyovun sədri ilə sabiq deputat Gültəkin Hacıbəylinin
keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin şikayətinə baxılıb.
Virtualaz.org saytı xəbər verir ki, M.Mehdiyev G.Hacıbəylinin
Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirləndirilərək həbs
olunmasını tələb edir.
G.Hacıbəyli məhkəmədən ona bərait verilməsini, M.Mehdiyev isə
G.Hacıbəylinin barəsində azadlıqdan məhrumetmə ilə bağlı qərar
çıxarılmasını istəyib.
G.Hacıbəylinin vəkili Elçin Sadıxov məhkəmənin təxirə salınması ilə bağlı vəsatət verib. Məhkəmə martın 11-nədək təxirə salınıb.