Hadisələri nikbin ruhda proqnozlaşdırmaq çox çətindir


Skripal olayından sonra daha da gərginləşən Rusiya-Qərb münasibətləri hər keçən gün təhlükəli istiqamətlərə doğru yön alır. Rus diplomatlarının bəzi Avropa, Qərb ölkələrindən qovulması, Kremlin buna adekvat addımları, son olaraq da, iki gün öncə Sankt-Peterburq şəhərindəki ABŞ Baş Konsulluğundakı bayrağın endirilməsi təhlükənin nə qədər ciddiləşdiyinə işarədir.

Ekspertlərin proseslərin sonunun nə ilə bitəcəyi barədə mövqeləri birmənalı deyil.

AMİP Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirdi ki, Rusiya –Qərb qarşıdurmasının getdikcə daha da dərinləşməsi açıq şəkildə "soyuq müharibə”nin başlandığını göstərir və bunun SSRİ vaxtında olduğundan daha təhlükəli ola biləcəyi ehtimal olunur:

"Məsələ o qədər ciddiləşib ki, BMT baş katibi Antonio Guterres də bunu etiraf etməyə məcbur olub və liderləri dialoqa çağırıb. Son il yarımda ikinci dəfədir ki, ABŞ və Rusiya qarşılıqlı olaraq diplomatları ölkədən çıxarırlar. Bunun hər ikisində təşəbbüskar ABŞ olub və Rusiya buna qarşılıqlı cavab verib. Hər dəfə belə qərar qəbul ediləndə ABŞ bunun əvəzini alacağını bilib, amma buna gedib. Əslində hər iki dövlət ərazisində olan səfirliklərdə kimin həqiqi diplomat , kimin xüsusi xidmət orqanı işçisi olduğunu yaxşı bilir və onları daim nəzarətdə saxlayır. Uzun illərdir ki bu belədir və ciddi hadisə baş verməyənə qədər onlardan heç kim arzuolunmaz şəxs elan olunmayıb. Bu dəfə proseslər fərqli gedir. Mən bu prosesi məlum səbəblərə görə ABŞ-Rusiya arasında 2014-cü ildə yaranmış bu günə qədər dərinləşən münasibətlərin məntiqi nəticəsi kimi görürəm . Bu şəkildə davam edəcəyi halda növbəti addımların da şahidi olacağıq. Hələlik isə konsulluqlar nümayəndəliklərin bağlanması və diplomatların ölkədən çıxarılması prosesində zərbə alan tərəf Rusiyadır. Hər iki ölkədə konsulluqların bağlanmasından daha çox əziyyət çəkən Rusiya olacaq. İl ərzində Rusiyadan ABŞ-a müxtəlif məqsədlərlə gedən çoxsaylı Rusiya vətəndaşları üçün artıq viza almaq çətinləşəcək, onların hamısı ölkənin hər tərəfindən böyük xərclər və vaxt itkisi hesabına Moskvaya gəlməyə məcbur olacaqlar və sözsüz ki, bu narahatçılığa görə öz hakimiyyətlərini qınayacaqlar. ABŞ- dan Rusiyaya gələnlərin sayı dəfələrlə az olduğu üçün bu problem orada elə də hiss olunmayacaq. ABŞ-la bərabər çoxlu sayda digər dövlətlərin də bu kampaniyaya qoşulmaları güclənən qarşıdurmada kimin tərəfində olacaqlarına açıq mesajdır. Məsələnin daha təhlükəli tərəfi odur ki, tərəflərin heç birinin geri çəkilmək, güzəştə getmək istəyi yoxdur və hərə öz həqiqətinin üzərində dayanıb. Odur ki, sağlam və effektli dialoq başlamayacağı halda baş verə biləcək hadisələri nikbin ruhda proqnozlaşdırmaq çox