Əli Orucov: "Ölkəyə daxil olan pul azaldıqca, əvvəlki qaydada hamını qane edəcək bölgünü aparmaq müşkülə dönür”
Dekabr devalvasiyasından sonra məmurlar bir-birini, xüsusən də deputatlar məmurları tənqid etməyə başlayıblar. Halbuki, əvvəllər mətbuatda rüşvət və korrupsiya, özbaşınalıq halları barədə mövqe bildirənlərə qarşı əks tərəfdən əks reaksiyalar olurdu. Nədir bunun səbəbi? Hakimiyyətdaxili mübarizə gedir, yoxsa rəhbərliyə yarınma yarışı, yaxud özünü sığortalama?
Məsələ ilə bağlı "Yeni Nəbz”ə münasibətini bildirən AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucovun fikrincə, manatın ikinci devalvasiyasından sonra Azərbaycanda çox şey dəyişdi. AMİP yetkilisinin qənaətinə görə, həm hakimiyyət daxilində ziddiyyətlər açıq müstəviyə keçdi, həm də cəmiyyətdə böhran daha da dərinləşdi: "Bütün sahələrdə gərginlik artdı. Ölkəyə neftin ixracından daxil olan pul axınını hakimiyyətdaxili qruplaşmalar arasında bölgüyə qaneedicilik gətirirdi. Hər kəs öz payından tam məmnun olmasa da, narazı da deyildi. Yüksək rütbəli məmurlar arasında kapitala və nüfuza olan bölgünün sərhədləri cızılmışdı”.
Ə.Orucov hətta Azərbaycanın rayonlarının, iqtisadi sahələrin də ayrı-ayrı məmurlar arasında pay-püş edildiyini söylədi: "Bura siyasi partiyaları, QHT və medianı da əlavə etmək olar. Ölkəyə daxil olan pul azaldıqca əvvəlki qaydada hamını qane edəcək bölgünü aparmaq müşkülə dönür. Üstəlik, daha iriçaplı məmurların və hakimiyyətdaxili qruplaşmanın udması prosesi gedir. Belə demək mümkünsə, iri balıqlar xırda balıqları udmağa başlayır. Eyni zamanda gəlir mənbələri əldən çıxır və şəxsi çıxarları daha əvvəlkitək təmin etmək olmur. Ona görə də hakimiyyət daxilində rəqabət getdikcə qızışaraq düşmənçilik həddinə çatdırılır. Bu mübarizədə bütün vasitələrə əl atılır. Hələ qarşıda Azərbaycanı bundan da betər və həyəcanlı günlər gözləyir. Müxalifətin də vəzifəsi hakimiyyətə hansısa təkliflər verməyə deyil, özünü və xalqı həmin dönəmə hazırlamaqdır”.