Bu gün dərman bazarında bir sıra qanun pozuntuları, müştərilərin hüquqlarının pozulması kimi hallarla qarşılaşırıq. Paytaxt Bakıda demək olar ki, hər addımbaşı apteklərə rast gəlmək olur. Burda əsas məsələ apteklərin lisenziyasız fəaliyyət göstərməsidir. Bu neqativ halı təkcə paytaxtdakı bir-iki əczaxanaya aid etmək olmaz, həmçinin ətraf rayonlar və kəndlərdə fəaliyyət göstərən bütün apteklərdə də müşahidə etmək olar. Gün-gündən müasirləşən Azərbaycanda elə ətraf rayon və kəndlər var ki, orada aptek yoxdur. Əldə etdiyimiz bir neçə faktı nümunə kimi göstərə bilərik.
Xızı rayonunda, həmçinin Şəkinin bir sıra kəndlərində aptek yoxdur. Xızı rayonunda xəstələnən şəxs dərman almaq üçün Sumqayıt şəhərinə gəlməlidir. Şəkinin kəndində xəstələnənlər isə xüsusi evlər var ki, ora əhali tərəfindən "aptek” kimi qəbul olunub. Həmin aptek sahiblərinin nəinki iş təcrübəsi, bəlkə də heç orta təhsili belə yoxdur. Təbii ki, bu cür fəaliyyət göstərən "aptek”lərdə dərmanların saxlanılması üçün lazımi şəraitin olmaması problemi də var. Məlumdur ki, həmin obyektlərdə dərmanların üzərində yazılan saxlanma şəraitinə əməl olunmur. Kəndlərdə tibb məntəqələrinin işləməsi və orada dərman preparatlarının, hətta tibb işçilərinin tapılması isə məsələnin başqa tərəfidir.
Məsələ burasındadır ki, lisenziyasız fəaliyyət göstərən apteklərdə dərmanlar üçün vahid qiymət tətbiqindən söhbət belə gedə bilməz. Obyekt sahibləri istədikləri qiyməti dərmanlara tətbiq edirlər. Belə olan halda dərmanların keyfiyyəti, qiymətindəki fərqlilik vətəndaşları narazı salır.
Mütəxəssislər isə hesab edirlər ki, bu məsələləri tənzimləmək, nəzarət aparmaq və monopoliyanın qarşısını almaq üçün antiinhisar qanunları olmalıdır. Süni qiymət artıranlara qarşı hüquqi ölçü götürülməlidir.
AMİP Mərkəzi Şurasının sədri, farmakoloq, alim Aydın Əliyev "Cümhuriyət”ə açıqlamasında dərmanların bəzi kənd rayonlarında evdə satılması hallarına rast gəlmədiyini bildirib: "Bu hala gülmək, yoxsa ağlamaq lazımdır bilmirəm?! Bəyəm dərman yumurtadır, evdə satılsın? XXI əsrdə, Azərbaycanın inkişaf yolu tutduğu bir vaxtda bu halı tənqid etsək də azdır. Belə bir vəziyyətdə dərman bazarında bu cür halların olması, utandırıcı və biabırçılıqdır. Çünki bu dərmanı insan qəbul edir. Həmin yerlərdə bir ziyalı, bir səhiyyə müəssisəsi, vəziyyətə nəzarət edən bir qurum yoxdurmu? Dərman almaq üçün Xızıdan Sumqayıta gəlmək nə deməkdir? Belə şey oları? Hazırda lisenziya almaq çətinləşməyib, əksinə, çox asandır. Səhiyyənin təşkili deyəndə ilk növbədə, bütün yaşayış məntəqələri, əhalinin sayı və yayılmış xəstəlikləri nəzərə alaraq Azərbaycan hökuməti və Səhiyyə Nazirliyi onların təminatını həll etməlidir. Yaşayış yerlərində tibb məntəqəsi, tibb işçisi yoxdur kimi sözlər qarşısında deməyə söz tapmıram. Bu cür neqativ halların qarşısını almaq üçün Səhiyyə Nazirliyinin eləcə də müvafiq icra orqanlarının üzərinə böyük məsuliyyət düşür”.
Aydın Əliyev kəndlərdə tibb işçisinin tibb məntəqəsini bağlayıb getməsinin bir cavabının ola biləcəyini vurğulayıb: "Görünür, əhalinin həkimə müraciətində müəyyən problemlər var. Həmçinin sosial problemlərin ağırlıqları və çətinlikləri də var. Aidiyyəti qurumlar zəhmət çəkib bu kimi problemləri həll etsinlər, həkimlər də normal işləsin. Tibbi sığorta olmayana qədər həkimlər mütləq tənqid olunacaq, səhiyyə problemləri həll olunmayacaq. Yerlərdə bələdiyyələrin, icra hakimiyyətlərinin özlərini ağa kimi aparmaları, əhaliyə saymazyana münasibətləri qaydasına qoyulmalıdır. İnsan evində nəsə bir fəaliyyət göstərmək istədiyi an polis işin üstünü açır. Hüquq-mühafizə orqanları hara baxır ki, lisenziyasız apteklər fəaliyyət göstərir? Bir məqama da toxunmaq istəyirəm, əgər Azərbaycanda işbazlar at leşlərini gətirib Bakıda sata bilirlərsə, dərman satışında bu cür neqativ halların olması, təbiidir. Yaxşı olardı ki, həmin leşləri kimlər satır, ailəliklə onları ifşa etsinlər. O cümlədən lisenziyasız fəaliyyət göstərən apteklərin də siyahısı aparılmalıdır”.
Yeganə Oqtayqızı