Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ futbol klubunun üzvlərini qəbul edərkən onların ədalətsizliyə uğradıqlarını qeyd etdi və bildirdi ki, bəzən Azərbaycan da bu cür ədalətsizliklə qarşılaşır.
Bu cür yanaşma tərzi düzgün deyil. Çünki idman sərhədsizdir, bu sadəcə futbol hakiminin səhvidir. Biz futbol üzrə dünya cempionatlarında Türkiyə milli komandasının üçüncü yer tutmasının, İran milli komandasının Amerika milli komandasını məğlub etməsinin şahidi olmuşuq. Həmçinin Türkiyənin "Qalatasaray” futbol komandasının Avropa Liqasının çempionu olduğunu görmüşük. Bu bir daha göstərir ki, hər şey idmançların öz əlindədir. Hakimin səhvi siyasiləşdirilməməlidir. Azərbaycan futbol hakimi Tofiq Bəhrəmovun futbol üzrə dünya çempionatında İngiltərə milli komandasının qolunu tərddüdlərə son qoyaraq hesaba alması bunun bariz nümunəsidir.