İki sabiq prezidentə ikili yanaşma

Zviad Konstantinoviç Qamsaxurdiya (31 mart 1939 – 31dekabr 1993) — gürcü ictimai, siyasi və dövlət xadimi; yazıçı, alim, dissident, filologiya elmləri doktoru, Gürcüstan SSR Ali Sovetinin sədri ( 1990-1991), Gürcüstanın birinci prezidenti (1991—1992).

Zviad Qamsaxursiya tanınmış Gürcüstanlı yazıç Konstanti Qamsaxurdiya ailəsində dünyaya göz açmışdır. Milliyətcə menqreildir.Uşaqlıqdan antikommunist ruhunda böyüdülən Zviad Gürcüstanda sovet rejiminin ən fəal tənqidçilərindən biri olmuşdur. Qamsaxurdiya 1950-ci illərdə Tiflis Dövlət universitetinin "İngilis və alman dilçiliyi" fakültəsində təhsil almışdır. 1970-ci illərdə musiqi müəllimi   Merab Kostava ilə birlikdə Gürcüstan Helsinki Komitəsini yaratmış və kommunist rejimini qeyri-leqal buraxdığı "Sakartvelos moambe" ("Gürcü mesajı") dərgisində tənqid etmişdir. Onun yaratdığı Helsinki komitəsi Gürcüstandakı insan hüquqları pozuntuları barədə məlumatları yığıb Avropaya  çatdırırdı.

1980-ci illərin sonunda "İlya Çavçavadze Cəmiyyəti"ni quran Qamsaxurdiya Gürcüstanın istiqlaliyyəti uğrunda mübarizə aparmışdır. 1989-1990-cı illərdə "Gürcüstanın ruhi missiyası" adlı kitabını yazmış və bu kitabla müasir gürcü millətçiliyinin ideoloji təməlini qoymuşdur. Onun liderlərindən biri olduğu gürcü millətçilərinin siyasi bloku 1990 -cı ildə Gürcüstan yerli parlamentinə seçkilərdə qalib gəlmişdir və o, Gürcüstanın birinci prezidenti olmuşdur.

Onun hakimiyyətdə olduğu dövrdə Gürcüstanda gürcü-osetin, gürcü-abxaz münaqişələri şiddətlənmiş, bu isə öz növbəsində ölkədaxili gərginliyin artmasına və hakimiyyətinin zəifləməsinə səbəb olmuşdur. Həmin dövrdə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da təqiblər həyata keçirilmişdir.Azərbaycanlıların sıx yaşadığı Borçalı bölgəsinə qərbi Gürcüstandan svanları gətirərək onları Borçalıya yerləşdirmiş (əsasən Dmanisi rayonuna) və silahlandırmışdır.Bu isə çoxsaylı münaqişlələrə səbəb olmuş və nəticədə on minlərlə Gürcüstan vətəndaşı olan azərbaycanlının doğma yurd-yuvasını tərk edib Azərbaycana köçməsi ilə nəticələnmişdir.

1990-ci ildə Tbilisidə baş verən qanlı toqquşmalar Qamsaxurdiya hökumətinin devrilməsinə səbəb olmuşdur. O Gürcüstanın qərbində mühacir hökuməti qurmuş, onun rəhbərlik etdiyi hərbi birləşmələr Tbilisi müvəqqəti hökumətinin hərbi birləşmələri ilə döyüşlər aparmışdır.

Müəmmalı şəraitdə qətlə yetirilmiş Zviad Qamsaxurdiyanın cənazəsi Çeçenistana aparılmış və o Qroznı şəhərində dəfn olunmuşdur.

2007-ci ildə Qamsaxurdiyanın cənazəsi Tbilisiyə gətirilmişdir.

Bu gün Z.Qamsaxurdiayanın adı Gürcüstanda əbədiləşdirilib. Onun adına küçələr var. Xatirəsinə hörmətlə yanaşılır. Bəs görəsən Azərbaycanda eyni vaxtda hakimiyyətə gələn və hakimiyyətləri oxşar aqibətlə sonuncalan mərhum prezident Əbülfəz Elçibəyın xatirəsinin əbədiləşdirilməsinə niyə imkan verilməyib?  Onun adın daşıyan bir məktəb, bir küçə belə yoxdur. Bəlkə bunu da xaricilərin, yaxud da Avropalıların üzərinə ataq?