Noyabr ayında Azərbaycanda parlament seçkiləri keçirəcək. Siyasi partiyalarda isə seçkilərlə bağlı hər hansı hazırlıqlar müşahidə olunmur. Bu gün siyasi müxlif düşərgədə nələr baş verir? Məsələyə aydınlıq gətirməyə çalışdıq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov bildirib ki, partiya parlament seçkiləri hazırlığına prezident seçkilərindən dərhal sonra başlayıb. Onun sözlərinə görə, partiyanın Mərkəzi Şurasının apreldə keçirilən son Mərkəzi Şurasında hazırlıq işlərinin daha da sürətləndirilməsi barədə qərar qəbul edilib
"Partiya bu seçkilərə böyük önəm verir. Odur ki, partiyanın mərkəzi kollegial orqanı seçkilərdən öncə qurultayın keçirilməsini məqsədəmüvafiq sayıb. Yerlərdə keçirilən hesabat seçki yığıncaqları, konfranslar, regional seminar və müşavirələr partiyanın və cəmiyyətin seçkilərə münasibətini, hazırlığını bir daha dəyərləndirməyə kömək olacaq. Lakin indiki situasiyada partiya seçki mühitinin əlverişli hala gətirilməsini zəruri saydığından bu işlərin paralael getməsini uyğun sayır". Ə.Orucov deyib ki, AMİP-in bu günkü seçki taktikası parlament seçkilərinə təkbaşına qatılmaqdan ibarətdir. "Ola bisin seçki ərəfəsində situasiya dəyişə və hansısa birlik formatlarıına ehiyac yaranar. O zaman yaranmış vəziyyət gözdən keçirilə bilər.
Çox təəssüflər olsun ki, bəzi müxalifət partiyaları ölkə ücün vacib və əhəmiyyətli proseslərin hazırlıqlarına deyil, lazımsız işlərlə məşğul olur. Xüsusən də daxili məsələlər, partiyadaxli narazılıqların ictimailəşdirilməsi, həmçinin də partiyalar arasında intriqaların və gərginliyin davam etdirilməsi xoşa gələn hal deyil. Bu həm də diqqəti yayındırır. Hər halda seçkilərin islahatlar gedən yolun başlanğıcı kimi yanaşmaq doğru olardı. O cümlədən AXCP-Müsavat və Müsavat daxilində gedən qalmaqallar barədə nikbin proqnoz verməkdə çətinlik çəkirəm.Bunu həmin partiyaların daxili işi və problemləri hesab edirəm"
Tahirə