Əli Orucov: "Kimisə vəzifəyə gətirmək lazım olanda isə yeni nazirlik yaradılır”
Məlum olduğu kimi, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildi. Hansı ki, bu yenilik özlüyündə bəzi sualların aktuallaşmasına səbəb oldu.Sözügedən yeniliyin tətbiqi ölkəni böhrandan çıxartmağa yönəlik həqiqi, iriqmiyaslı islahatların başlanğıcı hesab edilə bilərmi? Yoxsa bu, görüntü xarakterli formal addımlardan biridir və sadəcə ictimai rəyə hesablanıb?
24saat.org-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:"Əgər buna irimiqyaslı struktur islahatlarının başlanğıcı kimi yanaşsaq bunun özü də gecikmiş addımdır. Baxmayaraq ki, Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə birləşdirilməsinın əsil səbəblərinin bununla izah etmək çətindir. Məncə buna daha çox daxili çəkişmələrin və hakimiyyət və təsir dairələri uğrunda mübarizəninin nəticəsi kimi baxmaq daha doğru olardı.
Biz AMİP olaraq hələ 15-20 il əvvəl təklif etmişik ki, höküməti mobil və çevik bir qruma çevirmək lazımdır. Bu, həm büdcəyə qənaət, həm də keyfiyyətli fəaliiyət demək olardı. ABŞ kimi dünyanın supergücü olan bir dövlətin 14 nazirliyi var. Amma Azərbaycanda kimisə vəzifəyə gətirmək üçün ayrıca hansısa struktut, yaxud da nazirlik yaradılır. Kimisə vurmaq üçünsə daha naziri deyil, nazir qarışıq nazirliyi ləğv edirlər. Torpaq və Xəritəçəkmə Komitəsi, MTN və s. kimi.
Nazirliklərin birləşdirilməsi dövrün tələbidir. Eyni zamanda iş prinsipi, yanaşma da dəyişməlidir. Baxın, ASAN Xidmət yaradıblar və bunu fəxrlə də deyirlər ki, 13 milyon vətəndaş bu xidmətdən istifadə edib, yaxud da qabaqcıl Avropa ölkələri bu təcrübəni öyrənirlər. Bunun özü çox təəccüblüdür. Əvvəla, Qərbdə dövlət strukturları işləyir, ona görə də belə xidmətlərə ehtiyac qalmır. İkincisi də, əgər ASAN xidmət bu dövlət strukturlarının işini belə çevik və keyfiyyətli görürsə, o zaman həmin strukturları milyonlar xərcləyib saxlamağa nəyə lazımdır. Üstəlik də rüşvət və korrupsiya mənbəyidisə.
Yerı gəlmişkən, Dövlət Xəritəçəkmə və Torpaq Komtəsini ləğv edərək Kənd Təsərrüfatı və Əmlak Məsələləri Dövlət Komitəsini arasında bölüşdürüləndə, əksinə, rüşvətin həcmi dəyişdi, işin və fəaliyyətin keyfiyyəti deyil. Torpağın kadastrdan çıxarışı əvvəl 200 manata satılırdı, indi Əmlak Komitəsi 2000 manata satır, hər ikisi də qanunsuz olarq.
Təkcə kəmiyyət dəyişikləyi ilə problem həll olunmur, keyfiyyət dəyişikiliyi də olmalıdır. Azərbaycanda bir-birini təkrarlayan büdcədə oturan qurumlar kıfayət qədərdi. Ümid edək ki, iqtidar sahibləri nəhayət ki, mövcud reallıqları nəzərə alıb həqiqətən də çox gecikmiş də olsa, ölkədə hərtərəfli islahatları davam etdirəcək və bu islahatlar saraydaxili qrupların deyil, dövlətin və millətin maraqlarına uyğun olaraq aparılacaq. Amma istənilən halda təcrübə də göstərdi ki, indiki iqtidar çox köhnəlib və xalqdan tamam uzaq düşüb. Odur ki, belə taktiki gedişlərin uzun müddətli fayda verə biləcəyini zənn etmirəm”.