Məlum olduğu kimi, bir həftə əvvəl Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib. Səfər İranın müdafiə naziri Hüseyn Dehqanın rəsmi dəvəti ilə gerçəkləşib.
İki nazirin təkbətək görüşündə H.Dehqan İranla Ermənistan arasında tarixi və mədəni bağların olduğunu deyib: "İran həmişə qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasını istəyib, regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün mübarizə aparıb. Regiondakı problemlər danışıqlar yolu ilə həll oluna bilər. İran problemlərin həlli üçün əlindən gələn yardımı etməyə hazırdır".
İranın müdafiə naziri Ermənistanla əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
V.Sarkisyan isə bildirib ki, Ermənistan İranla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır: "Bu səfər hərbi sahədə əməkdaşlıq üçün zəmin yarada bilər".
İşğalçı ölkədəki yerli agentliklər səfəri Ermənistanın "alternativ ehtiyat təhlükəsizlik sistemi yaratmaq zərurəti" baxımından nəzərdən keçirir. Maraqlıdır ki, yanvarın 28-də Ermənistan ordusu günü münasibətilə tədbirdə jurnalistlər qarşısında çıxışı zamanı gözlənilən səfərdən danışarkən Vigen Sarkisyan Ermənistan-Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq çərçivəsində alınan silah-sursatın Ermənistanın təhlükəsizlik tələblərini yetərincə ödəmədiyinə görə "başqa partnyor ölkələrlə də" silah arsenalının tədarükü ilə bağlı danışıqlar aparıldığını bəyan etmişdi.
Bütün bu deyilənlərin fonunda, Ermənistanın İranla hərbi sahədə əlaqələr qurmasını necə xarakterizə etmək olar?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, aydın məsələdir ki, buna Ermənistanın ehtiyacı var: "Yoxsa İranın bu baxımdan Ermənistana nə ehtiyacı var ki?! Ermənistanın hərbi sənayesi, modern texnologiyası yoxdur ki, bu, İranı cəlb etsin. İki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində daha çox Ermənistan maraqlıdır və onlar buna ehtiyac duyur. Digər tərəfdən, rəsmi Tehranın Ermənistana olan sevgisi 90-cı illərin əvvəllərindən bəri göz qabağındadır. Əslində, burada yeni heç nə yoxdur. İslam həmrəyliyindən, şiəlikdən danışan ölkənin gözü qabağında Dağlıq Qarabağ və ona bitişik olan rayonlar işğal edildi. Ətraf rayonlar işğal olunarkən yaşayış məntəqələri yandırılaraq viran qoyuldu və günlərlə tüstüsü İranda yaşayan insanlar tərəfindən seyr edildi. Budur tarix və qonşu ölkənin erməni vandallarının törətdikləri vəhşiliklərə münasibəti... O baxımdan Vigen Sarkisyanın Tehranda təmtəraqla qarşılanmasında təəccüblü nəsə axtarmağa dəyməz. Ermənistan zatən Rusiya tərəfindən silahla lazımi səviyyədə təmin olunur. Ermənistan müdafiə naziri İrana səfər etməklə sanki Azərbaycana göz dağı vermək istədi. Yəni Ermənistan bundan daha çox siyasi dividend əldə etmək istəyir. İki ölkə arasında silah ticarətinə gəldikdə isə, İranın Ermənistana hansısa silah növü satmasını da istisna etmirəm".