Düzdür, son beş ildə müxalifətin aksiya keçirmək üçün etdiyi müraciətlərin əksəriyyətinə razılıq verilib. Bu səbəbdən icazəsiz aksiyaların gündəmdən düşdüyü də qeyd olunur. Lakin elə hallar da olub ki, müxalifət hər hansı bir tədbir keçirmək istəyib, buna yer ayrılması üçün olunan müraciətə hakimiyyət sərt münasibət sərgiləyib. Demokratik düşərgənin isə buna reaksiyası susqunluq olub...
AMİP Siyasi Şurasının üzvü Əli Orucov ölkədə qarşıdurmaların baş verməməsi üçün icazəsiz aksiyalar keçirmədiklərini qeyd etdi: "Əvvəla diqqətinizə çatdırım ki, kütləvi aksiyaların keçirilməsində nə Anayasamızda, nə də "Kütləvi aksiyaların keçirilməsi haqqında qanunda icazədən deyil, xəbərdarlıqdan söhbət gedir.
Konstitusiyamızın 49-cu maddəsinin tələblərinə əsasən qabaqcadan müvafiq icra hakimiyyətini xəbərdar etməklə kütləvi aksiyaların keçirilməsinə təminat verilir. Xəbardarlıq da ona görə edilməlidir ki, aksiya iştirakçılarının təhlükəsizliyi qorunsun. Hər hansı bir təxribata yol verilməsin. Uzun müddət Azərbaycan iqtidarı həm Konstitusiyamızın, həm də İnsan Azadlıqları haqqında 1948-ci ildə qəbul edilən və tərəfdar çıxdığı Konvenisyanı kobud surətdə pozaraq vətəndaşların kütləvi toplaşmaq azadlığını məhdudlaşdırdı. İqtidar nəinki çoxminlik mitinqlərin, hətta kiçik piketlərin, flaş-mobların keçirilmısinə imkan vermədi. Çox şiddətli davrandı. Aksiya iştirakçılarına fiziki xəsarətlər yetirildi, məhkəmə sanksiyaları tətbiq etdi və s.
Sonralar hakimiyyətdən mandat almış Rəfael Cəbrailovun qanunvericilik təşəbbüsü ilə çıxışı ilə parlamentin Kütləvi aksiyalar haqqında qanuna edilən düzəliş və əlavələr daha neqtiv hala salındı və cərimələrin miqdarı 300-500 manata çatdırıldı. Halbiki vətəndaşların toplaşmaq azadlığı fundamental azadlıqlardan biri sayılır və sivil, demokratik cəmiyyətlərdə buna hörmət qoyulur. Müxalifətin razılaşdırılmamış aksiyalardan qaçmasının müxtəlif səbəbləri var. İlk növbədə istəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın. Zorakılıq halları artsın. Kövrək ictimai-siyasi sabitlik pozulsun. Onsuz da Azərbaycan iqtidarının uzun illər yeritdiyi səbatsız siyasətı dövləti ciddi təhlükələrlə üzbəüz qoyub. Bir yandan da Yaxın Şərqdə, sərhədlərimizə yaxın geniş siyasi coğrafiyada müharibələrin getdiyi, terrorun və separatizim tüğyan etdiyi, supergüclərin ciddi qarşıdurması fonunda daxili gərginliyin atması arzuolunan deyil. İknicisi, biz bilə-bilə ki, iqtidarın zor maşını heç nəyə məhəl qoymadan vətəndaşları əzib keçir, onları tapdalayır, elementar hüquqlara hörmət qoyulmur, o zaman bizim borcumuzdur ki, buna rəvac verməyək. Kütləvi aksiyalara iqtidaralara təsir edəcək ən effektli təsir vasitəsidir. Əgər bütün sivil mübarizə vasitələri tükənərsə, dialoq və müzakrələrə yol bağlanarsa, qarşıduran tərəflərdə kompromis tapılmazsa yaxud da problemlərin həllinin başqa variantları mümkünsüz olarsa o zaman kütləvi aksiyalara əl atılır ki, bu da sonda həmişə yaxşı nəticələr vermir. Zorakılıq halları artır, ixtişaşlara, nəzarətdən çıxan proseslərədək gedib çıxır ki, müxalifət düşərgəsi olaraq bundan çəkinməyə çalışırıq.
Yanlış olaraq bəzi qüvvələr kütləvi aksiyaları gövdə və güc göstərisi kimi qələmə verməyə çalışırlar. Doğrudur bu amil də var. Amma əsas məqsəd hakimiyyətə təsir göstərmə, onu hansısa siyasətindən, qərarlarından çəkindirmək, akisyanı keçirdən siyasi qüvvələrlə hesablaşmağa məcbur etməkdir. Eyni zamanda ictimai fikri və nəbzi göstərməkdir. Ötən əsrin 80-ci illərin sonu və 2000-ci ilin əvvəllərinədək bu taktika səmərə verirdi. Amma Azərbaycanda çox izdihamlı mitinqlər dövrü indi arxada qalıb. Küləvilik, mütəşəkkilik alınmadığınadn effeksiz olur.
Bu heç də o demək deyil mitinqlər əhəmiyyətini itirib. Sadəcə iqtidar digər hüquq və azadlıqlar kimi sərbəst toplaşma azadlığını da məhdudlaşdırıb. Cəmiyyətə basqılar atrırılıb. Kütləvi aksiyalara gələn vətəndaşlar təqib və təzyiqlərə məruz qalırlar, represiyyalara uğradılır, inzibati təsir göstərilir və s. Digər tərəfdən əhalinin siyasiləşməsi və siyasi sosiallaşması prosesi ləngdir. Narazı insanların sayı yüz minlərlə olmasına rəğmən, etiraz səslərini ucaltmağa həvəs göstərmirlər. Qorxub, çəkinirlər. Yaxud da aksiyaları təşkil edən siyasi qüvvələrin sosail bazası və kadrları zəifdir. Yeni heç nə vermirlər. Etirazçı, yaxud da narazı vətəndaş meydanda güclü lider və alternativ güclü komanda görmədiyindən inamsızlıq sindromundan çıxa bilmir. Açığı ölkədə də vəziyyət tam dözülməz və ya böhran həddində deyil ki, son çıxış yolu kütləvi aksiyalara qalsın.