Elşən Mustafayev: "Həmin yerin geri qaytarılmasına Azərbaycanın tam haqqı çatır"
"Azərbaycanın öz ərazi bütövlüyü uğrunda atdığı addımlara görə kimsə narahat olmamalıdır"
ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor" Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli "Odundağ" yüksəkliyində nəzarəti əldə etməsindən yazıb.
"Stratfor" yazır ki, bu ilin yanvar ayında Azərbaycan Ordusu Tavuş vilayətinin şimal hissəsində manevr edərək Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyini ələ keçirib.
"Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. "Odundağ" yüksəkliyində nəzarətin təmin edilməsi münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyası buna az hallarda diqqət yetirir", - "Stratfor" bildirir.
ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi faktını təsdiqlədiyini bəyan edib: "Bu yüksəklik bölgəni nəzarət altında saxlamaq üçün çox vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir".
Yanvarın 25-də Azərbaycan Müdafiə Nazirliyi yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.
MN bildirir ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.
"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən, həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib", - deyə MN-in məlumatında qeyd olunur.
Bu məsələdə maraqlı olan "Stratfor" kimi nəhəng bir mərkəzin sözügedən mövzuya böyük diqqət ayırmasıdır. Maraqlıdır, Azərbaycanın öz ərazisinə aid olan bir yüksəkliyin ermənilərdən geri qaytarılması "Stratfor"u niyə belə narahat edir?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən yüksəklik Azərbaycanın öz ərazisidir: "Həmin yerin geri qaytarılmasına Azərbaycanın tam haqqı çatır. Biz beynəlxalq qurumlardan, hətta dövlətlərdən bu problemlə bağlı daima ikili standartlı yanaşma görmüşük. Maraqlıdır ki, Azərbaycanın öz ərazisində hansısa yüksəkliyə nəzarəti bərpa etməsinə bəzi qurumlar xüsusi narahatlıq ifadə edir. Hətta "Stratfor" öz bəyanatında monitoriq qrupuna işarə də verir ki, həmin ərazi münaqişə komponenti olmadığı üçün yaddan çıxa bilər. Maraqlıdır ki, 20 faiz ərazisini itirən Azərbaycanala bağlı biz belə narahatedici bəyanatların şahidi olmuruq. "Stratfor" bununla bildirmək istəyir ki, onların təmsil olunduğu və maraqlarını ifadə etdiyi dövlətə münaqişədəki susqunluq sərf edir. Onlar hansısa döyüş konfiqurasiyasının dəyişməsində maraqlı deyillər. Deməli, istəyirlər ki, Azərbaycan işğalla barışsın. Bu yolverilməzdir. Hesab edirəm ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda atdığı addımlara görə kimsə narahat olmamalıdır".
Məhəmmədəli QƏRİBLİ