Dekabrın 29-da Qarabağda diversiya-casusluq fəaliyyətində ittiham edilən əslən Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonundan olan vətəndaşları barədə hökm oxunub. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Hakim Anatoli Tadevosyan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi 22 il müddətinə azadlıqdan məhrum edib.
Turan agentliyi bildirir ki, Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunun keçmiş sakinləri 2014-cü ilin iyununda ermənilər tərəfindən həbs ediliblər və diversiyada ittiham ediliblər. Ermənistan tərəfinin iddiasına görə, Əsgərov, Quliyev və qrupun üçüncü üzvü - Həsən Həsənov diversiyaçı olub, iki yerli sakini qətlə yetiriblər və digərlərini yaralayıblar. Atışma zamanı Həsənov öldürülüb.
Məhkəmədə Əsgərov və Quliyev doğma yurdlarına yaxınlarının məzarlarını ziyarət etmək üçün gəldiklərini deyib. Onlar irəli sürülmüş ittihamları qəbul etməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan vətəndaşlarına qarşı məhkəmə hökmünə münasibət bildirib.
Hacıyevin şərhində deyilir:
"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz.
Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş, Həsən Həsənov isə qəddarcasına öldürülmüşdür.
Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır.
İnsan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, bir sıra beynəlxalq təsisatların və dairələrin insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistan Respublikasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər.
Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımı diqqət ayrılmalıdır.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar ilə təmaslar davam etdiriləcəkdir”, şərhdə qeyd olunur. .