Əli Orucov: "Hətta vəzifə başında olanda belə onların davranışları, verdikləri bəzi bəyanatlar Azərbaycanın əleyhinə yönəlir"
"Bütün bunlar lazımsız formatın lazım olan işlə məşğul olmasından irəli gəlir"
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For Dağlıq Qarabağla bağlı birmənalı qarşılanmayan sərsəm fikirlər səsləndirib.
NATO Parlament Assambleyasının "Rose-Roth" 89-cu seminarının iyunun 19-da İrəvanda keçirilən toplantısında ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For Dağlıq Qarabağı Azərbaycana qaytarmağın mümkün olmadığını qeyd edib. O deyib ki, Qarabağın erməni əhalisi öz statusunu dəyişmək istəmir. Ona görə də Dağlıq Qarabağı Azərbaycana qaytarmaq mümkün deyil: "Əlbəttə, bu mənim şəxsi fikrimdir. Ancaq əldə edilən nəticələrə əsasən fikir bildirilməlidir".
Keçmiş həmsədrin bu sözlərinə Azərbaycan ictimaiyyətinin reaksiyası necədir?
Ahıl yaşında ağlını itirərək bu sözləri danışan diplomatın təmsil olunduğu keçmiş post konkret iş görmək üçün yaradılıb. Ancaq istər indi boğazdan yuxarı danışan bu diplomat və bu postda təmsil olunan digərləri zamanında onlara verilən mandatla bağlı bir addım da olsun irəliləyiş əldə edə bilməyib. Ortada nəticə olmadığı halda, diplomatlar təqaüdə çıxandan sonra bu problemdən danışır. Maraqlıdır ki, onlar bu danışıqlar fonunda heç bir özünütənqidə yer ayırmır. Baxmayaraq ki, keçmiş passiv və nəticəsiz fəaliyyət ancaq qınağa layiqdir. Bu, keçmiş həmsədrlərin simasında verilən birinci məsuliyyətsiz bəyanat deyil və heç kim indiki həmsədrlərin də gələcəkdə oxşar bəyanatlarla gündəmə gəlmək istməsini sığortalaya bilməz. Bunun qarşısının alınması üçün ATƏT-in hansısa qadağa mexanizmini işə salmasına ehtiyac varmı?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, ATƏT-i ümumiyyətlə bu prosesdən kənarlaşdırmaq lazımdır: "Biz uzun illərdir belə halları müşahidə edirik. Nəticə budur ki, ATƏT yerində sayır. Minsk Qrupu zərrə qədər də olsun irəli gedə bilməyib. Belə olan təqdirdə bu adda qurumun münaqişənin həllində vasitəçilik etməsi nəyə lazımdır? Həmsədrlərə gəldikdə isə, onlar təmsil etdiyi ölkələrin mövqeyini ifadə edir. Hətta vəzifə başında olanda belə onların davranışları, verdikləri bəzi bəyanatlar Azərbaycanın əleyhinə yönəlir. Biz bunu Kazimirovun və digərlərinin simasında görmüşük. Diplomatik etika deyilən bir anlayış var. İstənilən diplomat buna riayət etməlidir. ATƏT demokratik təsisat sayılır və onun hansısa diplomata danışığı ilə bağlı qadağa qoyması bir az çətindir. Sadəcə, bu mənzərə bir daha həmsədrlərin Azərbaycana qarşı qərəzini ortaya qoymuş olur. Bir daha qeyd edirəm ki, bütün bunlar lazımsız formatın lazım olan işlə məşğul olmasından irəli gəlir"./Bakı Xəbər/
Məhəmmədəli QƏRİBLİ