"Təşkilatda baş verənlər, rəhbərliyin demokratik prinsipləri tapdalaması..."
Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə istefa verib. Təşkilatın istefa bəyanatında deyilir:
Sayğıdəyər müsavatçılar, bəylər, xanımlar. Şüurlu ömrümüzü, tükənməz enerjimizi candan əziz Azrbaycanımıza, möhtərəm millətimizə sərf etmək üçün Müsavat Partiyasını seçdik. Ölkədə demokratiya, insan haqlarının bərpa olunmasında xidmətlər göstərdik, sədaqətimizi əsirgəmədik.
Tovuz rayon təşkilatı ölkə çapında ən fədakar təşkilatlardan oldu, səmimi xidmətlər göstərdi. Baxmayaraq ki, təşkilatımızın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar gördük.
Dəyrli əqidədaşlar, müsavatçılıq hər biriniz kimi, bizlərin də ideyası, idealıdır. Qürurverici bir hissdir müsavatçılıq. Fəqət, nə qədər acı, iztirablı olsa da, son zamanlar təşkilat daxilində istər qurultay ərəfəsi, istərsə də qurultaysonrası baş verən hadisələr, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması həmin kəsimlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra saldı.
Sevgili əqidədaşlarımız, hər birinizdən üzr istəyərək, eyni zamanda üzülərək bəyan edirik: Müsavat Partiyası Tovuz rayon təşkilatı olaraq tam tərkibdə partiya üzvlüyündən istefa veririk. Bizi bağışlayın, dostlar" .
Rayon təşkilatının sədr müavini Əsəd Məmmədli bəyanatla bağlı "Azadlıq"ın əməkdaşının sorğusuna cavabda faktı təsdiqləyib. O, Tovuz rayon təşkilatının tam heyətdə istefa verdiyini vurğulayıb. Əsəd bəy bu qərara qurultaydan sonra gəldiklərini bildirib: "Biz qurultaydan sonra toplanıb təşkilatda bundan sonrakı fəaliyyətimizi müzakirə etdik və təxminən 70 faiz üzvümüzlə müsavat idieologiyasında qalmaqla, partiya sıralarını tərk etmək barədə qərar qəbul olundu. Bu bəyanat da əksəriyyətin mövqeyidir, fərdlərin yox".