Elşən Mustafayev: "AMİP təkliflərini mütəmadi olaraq mətbuatda yayımlayıb”
Dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan manatı devalvasiyaya uğrayıb və nəticədə ölkədə yeni situasiya yaranıb. Azərbaycan hökuməti yeni mərhələ üçün iqtisadi proqram hazırlayıb və islahatlara başlandığını bəyan edib. Hakim Yeni Azərbaycan Partiyası elan edib ki, iqtidar müxalifətin iqtisadi təkliflərinin də müzakirəsinə açıqdır.
Müxalif partiyalar isə təkliflərini əsasən media vasitəsilə yayır və ayrı-ayrı tədbirlərdə təkliflərini irəli sürürlər. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, təkliflərin mətbuat vasitəsilə verilməsi şou xarakteri daşıyır və real təklif təşəbbüsündə olanlar təklifləri hökumətə versə daha yaxşı olar: "Müxalifət tərəfindən ara-sıra anti-böhran adı altında təkliflərin irəli sürdüyünə dair məlumatı mətbuatdan alırıq. Çox qəribədir ki, indiyə qədər bu təkliflərin hər hansı biri nə hakimiyyətə, nə hökumətə, nə Prezident Administrasiyasına, nə Milli Məclisə, nə də Yeni Azərbaycan Partiyasına göndərilir. Belə təəssürat yaranır ki, müxalifət, sadəcə olaraq, bu məsələdə şou yaratmaqda maraqlıdır. Bu gün ölkədə bir anti-böhran proqramı var, o da hakimiyyətin proqramıdır. O proqram işləyir, real nəticələri göz önündədir”.
İndiyədək yalnız Müsavat Partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının hökumətə təkliflər paketi göndərib. Cəmi 2 həftə sonra həmin təklifə müsbət reaksiya verilib. Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov tərəfindən ADR Hərəkatına məktub göndərilib. Cavab məktubunda qeyd olunub ki, ADR-in göndərdiyi layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq.
Bəs digər müxalifət partiyalarından hansılar hökumətə iqtisadi təkliflər təqdim edib?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq katibi Elşən Mustafayevin fikrincə, müxalifətdə olan siyasi partiyanın vəzifəsi həm də ondan ibarətdir ki, baş verən proseslərə anında qiymət versin və təkliflərini səsləndirsin: "Söhbət iqtidarla hər hansı iş birliyindən deyil, ölkə həyatında yaranmış və yarana biləcək problemlərlə bağlı öncədən xəbərdarlıq etməkdən gedir. Hazırda AMİP daxilində ölkədə yaranmış situasiya ilə əlaqədar işçi qrupun yaradılması prosesi yekunlaşmaq üzrədir. Bu qrupa həm partiya üzvü olan mütəxəsislərimiz, həm də partiya üzvü olmayan, ancaq işgüzar münasibətlərimiz olan mütəxəssislər daxildir. Onların hazırlayacağı sənədləri ictimaiyyətə açıqlayacağıq. Bunun iqtidarla müzakirəsinə də hazırıq”.
E.Mustafayev hesab edir ki, siyasi partiyaların verdikləri təkliflərin mətbuat vasitəsilə yayımlanması da kifayət edir ki, ona reaksiya verilsin: "AMİP belə təklifləri istər devalvasiyadan əvvəl, istərsə də devalvasiyadan sonra mütəmadi olaraq mətbuatda yayımlayıb. Həmin təkliflər AMİP-də olan mütəxəssislər və iqtisadçılar tərəfindən hazırlanır, Siyasi Şurasının təsdiqi ilə press-reliz şəklində ölkə mətbuatında yayımlanır”.