"ABŞ həmişə Azərbaycanda fəal olub. Sekutadan əvvəlki səfirlər də ölkənin ictimai-siyasi həyatında digər diplomatik korpusların nümayəndələrindən daha aktiv olublar”.
Cebhe.info-ya açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov son günlər ABŞ səfiri Robert Sekutanın fəallaşması, müxtəlif görüşlər keçirməsi və mətbuatda iki ölkə arasında əlaqələrə dair geniş məqalə ilə çıxış etməsini dəyərləndirərkən deyib.
Ə.Orucovun sözlərinə görə, səfirliyin fəallaşması həm də ondan irəli gəlir ki, Birləşmiş Ştatların Azərbaycana böyük marağı var və ölkədəki hər bir prosesi diqqətdə saxlayır:
"Cənab səfir təkcə müxalifət təmsilçiləri ilə görüşmür, o, həmçinin hakim partiya və müxtəlif nazirlərlə də təmaslarda olub. İctimaiyyət, QHT sektoru və KİV-lərlə sıx əlaqələr qurur. Xüsusən də regionda yaranmış həssas vəziyyət fonunda ABŞ şəfirinin fəallaşması həm də Azərbaycandakı mövcud durumun daha səhih və doğru düzgün qiymətləndirmək istəkləri ilə bağlı ola bilər. ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətlərini dərinləşməsinə və şaxələnməsinə tərafdardır”.
Əli Orucov hesab edir ki, bu aktivləşmənin ölkədə davam edən sosial-iqtisadi böhran fonunda baş verməsi müxalifətə yönəlik mesaj deyil:
"Ölkədə müxalifətin gücləndirilməsi işinə daha çox hakimiyyət diqqət yetirməlidir ki, alternativlik və sağlam rəqabət mühiti yaransın. Ölkənin gələcəyi təhlükəyə düşməsin. Burda çox ciddi maraqları olan ABŞ da məncə istərdi ki, regionda vəziyyət pisləşməsin”.