"Roma papasının "erməni soyqırımı” ilə bağlı dedikləri sanki, xristian Avropasına bir icmarıc idi”. "Olaylar”ın 100 illiyi ərəfəsində Qərbin qondarma "erməni soyqırımı” ilə Türkiyəyə qarşı hücumlarının sayının artırıması ilə bağlı sualına cavab verən AMİP Siyasi Şurasının üzvü, siyasi analitik Əli Orucov belə deyib. "Həmin açıqlamanın ardından dərhal Avropa parlamenti tarixin ən ədalətsiz və ən qeyri-obyektiv qərarını qəbul etdi.Əslində bu gözlənilən idi. SSRİ-nin parçalanmasıyla ikiqütblü dünyanın dağılmasından sonra "soyuq müharibə"nin məkanı və subyetki dəyşdi, qarşıdurmanın və ideoloji savaşın hədəfləri yeni mərhələyə qədəm qoydu.
Bütün cəbhələrdə başladılan savaş fərqli mədəniyyətlərin və dinlərin, daha doğrusu, xristian-müsəlman müstəvisinə çevrildi. Avropanın göbəyində müsəlmanlar kütləvi surətdə serblər tərəfindən qətlə yetirildi. Ardınca Çeçenistanda, İnquşetiyada, Şimali Qafqazda müsəlmanlara olmazın faciələr yaşadıldı. Elə Azərbaycanlıların soyqırıma və işğala məruz qalması da dəyişən dünyanın dəyişən siyasətinin tərkib hissəsi idi. 11 sentyabrdan sonra isə artıq Şərqə, müsəlman aləminə səlib yürüşü bir bəhanə oldu. Siz islam coğrafiyasına diqqət edin. Əksəriyyətində qeyri-sabitlik, münaqişələr, diktaturalı rejimlər, despotik siyasi sistemlər, şiddətli qarşıdurmalar, iqtisadi-siyasi böhranlar, qanlı-qadalı hakimiyyət çevrilişləri, terror, zoraklıq. və s. var” – deyə, Ə.Orucov qeyd edib.
AMİP funksioneri qeyd edib ki, SSRİ ilə "soyuq savaş”ın başa çatmasından sonra Türkiyə artıq qərb dünyasına lazım olmadı və bir müsəlman ölkəsi kimi getdikcə regional gücə çevrilməsi Avropanı və ABŞ-ı qayğılandırmaya bilməzdi. Əli Orucovun sözlərinə görə, digər yandan da ABŞ asılığından çıxaraq müstəqil siyasət yürütmək istəməsi, müsəlman dünyasında liderliyə iddia etməsi, enerji və siyasi-iqtisadi mərkəzə çevrilməsi Qərbi narahat edir: "Heç kəsə sirr deyil ki, Türkiyənin istər Türk dünyasına, istər müsəlman aləminə, istrəsə də regiona təsiri böyüdür və qardaş ölkənin mövqeyi həlledici rol oynayır. Ona görə də idarə olunan xaoslu Şərqdə Türkiyənin Avropa ilə Asiya arsındakı körpü rolunun da artırması, qardaş ölkənin günü-gündən güclənməsi nəticə etibarilə xristian Avropasının Türkiyəyə qarşı maraqlarını birləşdirdi. Qərb Osmanlı İmperiyasının gücünün yenidən qayıtmasını istəmir. Burada erməni lobbisinin fəaliyyətini şişirtmək düzgün deyil. "Erməni soyqırmı" olmayacaqdı, başqa bir şeylər uydurub tapacaqdılar. Məqsəd Türkiyəni sıxışdırmaq, imicini ləkələmək, əzmək, beynəlxalq mövqeyini zəiflətmək, ram etmək, öz maraqlarının təminatçısına çevirməkdir. Ankaranın Rusiya ilə "Türk axını” layihəsini razılaşdırması, tranzit qaz və neft kəmərlərinə yiyələnməsi, beləliklə də Avropanın enerji mərkəzinə çevrilmə planlarının gerçəkləşdirməsi istiqamətində göstərdiyi fəaliyyət, Qərbin Yaxın Şərqdə və ərəb siyasi coğrafiyasında Türklərdən bir alət kimi istifadə edə bilməməsi, hətta Ankaranın bu planları pozması, İsraillə münasibətlərin gərginləşməsi və s. amillər özünə olan təzyiqlərin zamanını sürətləndirdi. Və bundan sonra da Qərb həm də "kürd kartı”nı dövrəyə soxaraq erməni soyqırımı iddiası ilə birlikdə rəsmi Ankaraya təzyiqlərini öz məqsədlərinə çatmayanadək gücləndirəcək”. ("OLAYLAR” İA)