Neftin qiymətinə təsir edən digər bir amildə var ki,o da mövsümi amildir

"Mart ayının 10-da qlobal neft bazarlarında (birjalarında) neftin qiymətində mənfi dinmaika müşahidə edilmişdir.Neftin qiymətini təhdid altına alan əsas səbəb kimi hasilatçı ölkələrin qlobal neft bazarlarında tarazılığın bərqərar olmasına yönəlik mart ayının 20-ə nəzərdə tutulmuş toplantısının qeyri-müəyyən vaxta kimi təxirə salınmasıdır".Bu fikirlər tanınmış iqtisadçı Zəfər Vəliyevə məxsusdur.

O, daha sonra bildirir: "Digər bir səbəb kimi İranın sutkalıq hasilat həcmilərinin yanvar ayı səviyyəsində (10 yanvar 2016 tarixli hasilat həcmiləri nəzərdə tutulur) dondurulmasını şərtləndirən pakta qoşulmaqdan birmənalı imtina etməsidir.

Bu arada Latın Ameriksından gələn xəbərlərdə neftin qiymətini təhdid altına almaqda davam etdi.Belə ki,OPEK üzvü və ondan kənar hasilatçı Latın Amerikası ölkələri dünya neft hasilatçı ölkələrinin mart ayının 20-də nəzərdə tutulmuş sammitinə qatılmaqdan imtina etdilər.Səbəb kimi neft bazarlarında tarazılığın bərqərar olması ilə bağlı vahid strategiyanın olmamasıdır.Habuki,bir neçə gün bundan öncə Venesuela,Braziliya,Ekvador,Boliviya,Kolumbiya,Meksika və Argentina kimi hasilatçı ölkələr mart ayının 20-nə kimi Kito (Ekvadorun paytaxtı)şəhərində öz sammitlərini keçirməyi planlamışdılar.

Neftin qiymətinə təsir edən digər bir amildə var ki,o da mövsümi amildir.Adətən yazın gəlişi ilə bağlı dünya emal gücləri (neft emalı zavodları-NEZ) texniki baxışa dayanırlar.Belə olan halda emal gücləri layihə güclərinin ( emal gücü) 40%-ni müvəqqəti ixtisara salırlar...

Digər bir səbəb neft bazarlarında böyük həcmilərdə sərbəst fiziki həcmilərin mövcud olmasıdır.Statistika bunun 1,7-2,0 mln.bar. səviyyəsində olmasını dilə gətirməkdədir.Əslində bu belə deyil! Sutkalıq sərbəst fiziki həcmilər daha böyük riyazi rəqəmlərlə ifadə olunur.Əgər həm beynəlxalq sularda hərəkət edən neft daşıyan ağır dedveyt-li gəmilərin faktiki yükünə,həm də ixrac kəmərləri ilə nəql edilən neftin sutkalıq fiziki həcmilərinə vahid nəzarət mexanizmi olsa idi (bu gün belə mexanizm yoxdur) onda biz fərqli statistikanın şahidi olardıq.

ABŞ-da may ayından etibarən hasilatın aşağı düşməsi ilə bağlı fikirlər isə ritorikadan başqa bir şey deyil".