Öldürülən jurnalistlə bağlı Avropa Birliyindən sərt bəyanat

Avropa Birliyi Azərbaycanda "Qəbələ” futbol klubunun oyunçusu barədə yazdığı tənqidi Facebook qeydinə görə döyülərək qətlə yetirilən jurnalist Rasim Əliyevə görə bəyanat yayıb.

Avropa Birliyinin xarici əlaqələr ofisindən yayılmış bəyanatda jurnalistin yazdığı Facebook qeydinə görə qətlə yetirilməsi "dəhşətli xəbər” adlandırılır:

"Biz jurnalistin ailəsinə, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir, eyni zamanda bu işin tam, hərtərəfli və şəffaf araşdırılmasına çağırırıq. Bütün günahkarlar müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır. Avropa Birliyi demokratik cəmiyyətin əsas elementləri olan söz və ifadə azadlığı, KİV azadlıqları prinsiplərini dəstələkləyir. Azərbaycanda jurnalistlərin və digər KİV təmsilçilərinin işi üçün təhlükəsiz mühit yaradılmalı, onlara öz işlərini qorxusuz və zorakılıqlara məruz qalmadan görməsi təmin edilməlidir”.