Banklar hərraclardan dollar alsalar da, ancaq özləri dollar satışını həyata keçirmirlər. Ekspertlər iddia edir ki, banklar aldıqları dolların bir hissəsini qara bazara çıxarır. Hüquq-mühafizə orqanları isə qara bazarda dollar satanların "ovuna" çıxıb. Hazırki vəziyyətin nə qədər davam edəcəyi maraqla gözlənilir.
Ölkədəki dollar qıtlığı, bankların dollar satmaması və bu vəziyyətdən çıxış yolları barədə iqtisadçı ekspert Natiq Cəfərli Ölkə.Az-a danışıb:
"Banklarda dollar çatışmazlığı var. Bu, obyektiv reallıqdır. Həftədə iki dəfə hərrac keçirilir. Hərraclara hər dəfə cəmi 35-40 milyon dollar vəsait çıxarılır. Ölkənin dollar tələbatı isə bu rəqəmdən qat-qat artıqdır. Ölkənin ay ərzində hərraclara çıxarılan valyutadan təqribən 3 dəfə çox valyutaya ehtiyacı var. Təbii ki, dollar çatışmamazlığı yaranır. Dolların, ölkəyə gətirilən valyutanın bir mənbəyi var, bu da əsas problemlərdən biridir. Rusiyada 11 min şirkət valyuta satır. Bu da rublun həm möhkəmlənməsinə, həm də özünü daha rahat hiss etməsinə səbəb olur. Azərbaycanda isə yalnız Dövlət Neft Fondu dollar satır. Ölkəyə valyuta daxil edən, bazarda bolluq yarada biləcək ikinci bir oyunçu yoxdur.
Banklar təbii ki, dollar əldə etdikdən sonra onu bir neçə istiqamətə yönləndirməyə, xərcləməyə məcburdurlar. Bankların özünün də xarici borcları var və bu borclar əsasən dollarladır. Banklar valyuta ilə olan borclarını qaytarmağa məcburdurlar. Bankların hərracdan aldığı dolların bir hissəsi aldıqları xarici borcların ödənilməsinə yönəlir.
Qara bazara çıxarılan valyutanın əsas mənbəyi də banklardır. Burada bankları qınamaqdansa, bu vəziyyətin qarşısını almaq lazımdır. Əgər bunun səbəbi Mərkəzi Bankın müəyyən etdiyi 4%-li marjadırsa, onu ləğv etmək lazımdır ki, banklar sərbəst şəkildə valyutanı alıb-sata bilsin. Bu marjanın artıq heç bir əhəmiyyəti qalmayıb. Bu marja valyuta bazarında son zamanlar sadəcə əngəl rolu oynamağa başlayıb.
Bu gün dollar qıtlığının yaranması qara bazarın formalaşmasının nəticəsidir. Səbəb fərqlidir. O səbəbləri aradan qaldırmaq lazımdır. Səbəblər dollar qıtlığının özünün iqtisadi sistemdən irəli gəldiyini göstərirsə də, bu gün yaranan dollar qıtlığının səbəbi məhz banklara qoyulan əlavə baryerlərdir. Bu baryerlər aradan qaldırılmalıdır. Valyutadəyişmə məntəqələri açılmalıdır. Valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin heç bir mənası yox idi və bu qərar ölkəyə heç bir xeyir vermədi. Bundan sonra qara bazara yaxın bir məzənnə ilə sərbəst şəkildə banklarda da alqı-satqı həyata keçiriləcək. Bu da xeyli dərəcədə vəziyyəti sabitləşdirəcək. Yoxsa belə ajiotajlı vəziyyət daha acınacaqlı nəticələrə gətirib çıxara bilər"