Arzuxan Əlizadə: "Qəti şəkildə buna getmək olmaz"
"Çətin seçim deyərkən, görünür, Rubin ermənilərə öz müqəddəratını həll etmək məsələsində güzəşt edilməsini nəzərdə tutur"
"Həllə nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, bu asan deyil. Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının məsələnin sülh yolu ilə həllində tərəqqi əldə edilməsinə bağlılıqlarını təsdiqləmələri vacibdir".
Məlum olduğu kimi, bunu bu günlərdə ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional münaqişələr üzrə köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışında deyib.
E.Rubinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur: "Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli, qarşılıqlı faydalı qərarın əldə edilməsi mövqeyindən yanaşırıq. Məsələyə hamının məhz bu mövqedən yanaşması lazımdır, digər alternativlər isə o qədər dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz".
Amerikalı diplomat qeyd edib ki, nə qədər asan olmasa da, ABŞ tərəflərin sülhə bağlılıqlarını təsdiqləməsinə ümid edir: "Bu sadə deyil, nizamlanmaya nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, elə ona görə də hələ razılıq əldə olunmayıb".
E.Rubinin sözlərinə görə, ABŞ digər iki həmsədr - Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ məsələsinin həllinə hər cür dəstək verəcək: "Biz birmənalı şəkildə bəyan edirik ki, vəziyyəti gərginləşdirməmək üçün hər iki tərəf mümkün olan hər şeyi etməlidir. Hazırkı gərgin və təhlükəli durumda insidentlərdən qaçmaq kritik önəmə sahibdir. Münaqişənin kəskinləşməsinin qarşısının alınması məsələsində həmsədr ölkələrin səyləri xüsusi əhəmiyyətlidir. Bu gərgin və təhlükəli bir vaxtda insidentlərdən yayınmaq lazımdır".
O da məlumdur ki, uzun illərdir danışıqların nəticə verməməsi və son dövrlər heç bir ciddi təşəbbüsün ortada olmaması müharibə ritorikasını xeyli artırıb. Görünən odur ki, müharibənin yenidən alovlanmasından ən çox Qərb narahatdır. Ona görə də hər vəchlə bunun qarşısını almaq istəyirlər. Bütün bunların fonunda E.Rubin "həllə nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək" deməklə nəyi nəzərdə tutur? Siyasi ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə E.Rubinin məlum açıqlamasına müsbət prizmadan yanaşmadı. Onun fikrincə, münaqişənin həllinə bu cür yanaşma heç də yaxşı bir şey vəd etmir: "Hesab edirəm ki, bu çox təhlükəli yanaşmadır. Çünki bu o anlama gəlir ki, Azərbaycan Dağlıq Qarabağdakı separatçı ermənilərə öz müqəddəratını həll etmək məsələsində güzəştə getməlidir. Çətin seçim deyərkən, görünür, Rubin ermənilərə öz müqəddəratını həll etmək məsələsində güzəşt edilməsini nəzərdə tutur. Yəni ətraf bir neçə rayonun qaytarılması müqabilində Azərbaycan Dağlıq Qarabağı güzəştə gedir. Bu o deməkdir ki, bir neçə ildən sonra Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq verir. Bunun ermənilərə aid olan hissəsi o ola bilər ki, qarşı tərəf bunun müqabilində ətraf rayonları Azərbaycana qaytarır. O üzdən, qəti şəkildə buna getmək olmaz. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulması anlamına gəlir. Onsuz da Azərbaycan ermənilərə kifayət qədər güzəşt vəd edir. Güzəşt ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı etnik ermənilərə ən yüksək status veriləcək. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ona görə də bu kimi açıqlamalara son dərəcə diqqətlə yanaşmaq lazımdır"./Bakı Xəbər/
Vidadi ORDAHALLI