Oqtay Əsədovdan MSK-ya şikayət edildi

AMİP tərəfindən namizədliyi Milli Məclisə Seçkilər üzrə 45 saylı DSK tərəfindən qeydiyyata alınan AMİP-in irəli sürdüyü namizəd Təbriz Musayev Milli Məclisin sədri Oqtay Əsədovdan Mərkəzi Seçki Komissiyasına şikayət edib.Həmin şikayətdə deyilir:

Milli Məclisə seçkilər üzrə namizədliyi 45 saylı Abşeron DSK-dan qeydə alınan Milli Məclisin sədri Oqtay Əsədov təbliğat-təşviqat kampaniyası zamanı vəzifəsindən sui-istifadə edərək , "Seçki Məcəlləsi”nin 88 ci maddəsini pozur. Belə ki, icra strukturları, büdcədən maliyyələşən idarə və müəssəsələrin, nazirliklərin, dövlət qurumlarının işçilərini öz təbliğat-təşviqat kampaniyasına səfərbər etmişdir.İnzibati resurslar onun xeyrinə istifadə edilir.

Seçicilər məcburi qaydada Oqtay Əsədovun görüşlərinə gətirilir.Digər namizədlərə isə təbliğatlarını aparmaq və seçicilərlə görüşlər keçirmək imkanı yaradılmır.Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm:

Milli Məclis üzvlüyünə namizədliyi 45 saylı Abşeron DSK tərəfindən qeydə alınan Milli Məclisin sədri Oqtay Əsədovun yol verdiyi qanun pozuntularının qarşısınım alınması və bu kobud pozuntulara hüquqi qiymət verilməsi barədə qərar çıxarasınız”.