Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı. Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Ekspert deyib ki, 2018-ci ildə 132 min 512 hektar pambıq sahəsindən 232 min 231 ton məhsul əldə edilib: "Bu isə o deməkdir ki, 2018-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentner təşkil edib. Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu kimi 2018-ci ildə də bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıblar.”
Rayonların yarısında mıhsuldarlıq aşağı olub
Ekspert əlavə edir ki, 2018-ci ildə ölkənin 22 rayonunda pambıq əkini həyata keçirilib: "Bu rayonların tən yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Belə ki, hər hektardan orta məhsuldarlıq Zərdabda 14,9, Salyanda 14,5, Neftçalada 14,3, İmişlidə 13,3, Sabirabadda 13, Kürdəmirdə 12,9, Ağdaşda 12 sentner təşkil edib. Bəzi rayonlarda isə hər hektardan orta məhsuldarlıq 10 sentner səviyyəsinə də qalxmayıb. Füzuli rayonunda 9,8, Hacıqabul rayonunda 8,8, Ağsu rayonunda 7,4, Ucar rayonunda isə hər hektardan orta məhsuldarlıq 6,6 sentner təşkil etmişdir. Aparılan hesablamalar göstərrir ki, xam pambıq istehsalı üçün çəkilən xərc hər hektar üçün min manat civarındadır. 2018-ci idə də məhsuldarlığın aşağı, alış qiymətinin ucuz olması minlərlə kəndlilərin müflisləşməsinə səbəb olub”.
2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb
V.Məhərrəmov hesab edir ki, 2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb: "Hökumət hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan qarşıya qoyulan vəzifənin real olmaması səbəbindən bu hədəfi 2 dəfə aşağı salıb. Belə ki, 2018-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında pambıq istehsalında məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq qeyd etmişdi ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır”.
Ekspertin qəanətinə görə, son 4 ildə (2014-2017) əldə olunmuş nəticələrin təhlili göstərir ki, hökumətin gözləntiləri özünü doğrultmayıb, dövlət proqramı qəbul edildikdən sonra pambıqçılıqda məhsuldarlıq son yeddi ildə ən aşağı səviyyəyə düşüb, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 15,3 sentner təşkil edib.
Ekspert çıxışının sonda məlumat verib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Azərbaycanda əvvəlki illərlə müqayisədə pambığın əkin sahələrinin azaldılması təşəbbüsü ilə çıxış edib və 2019-cu ildə 104,9 min hektar sahədə pambıq əkiləcəyi haqda proqnoz verib: "Bu isə o deməkdir ki, hökumət Dövlət Proqramında 2022-ci il üçün qarşıya qoyduğu hədəfə - 500 min ton pambıq istehsalına nail ola bilməyəcək”.
Nə etmək lazımdır?
Ekspert bildirir ki, pambıqçılıqda məhsuldarlığı artırmaq, pambığın keyfiyyətini yaxşılaşdırmaq, rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün bir sıra vacib işlər görülməlidir: "Pambıq istehsalı ilə məşğul olan fermerlər, kəndlilər arasında əməkdaşlığı genişləndirmək, onların hüquq və maraqlarının müdafiəsini təmin etmək, pambıq istehsalı, emalı, ixracı sahəsində səylərin birləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi məqsədilə Pambıq İstehsalçıları Assosiasıyası İctimaii Birliyinin yaradılmasını təşkil etmək lazımıdr”.
Onun qənaətinə görə, pambıqçılıqla məşğul olan kəndlilərə, fermerlərə sərbəstlik və seçim imkanı vermək, pambıq emalında və ixracında mövcud olan inhisarçılığı aradan götürmək, fermer təsərrüfatlarına istehsal etdikləri məhsulu emal etmək və xaricə çıxarmaq imkanı vermək vacibdir.
"Keyfiyyətli və ucuz istehsal vasitələrinin ölkəyə idxalını təmin etmək məqsədilə özəl sektorun bu sahəyə cəlb edilməsinə nail olmaq və bu məqsədlə onların ucuz kredit resurslarına çıxışını təmin edilməlidir”- deyə o bildirdi.