Hatəm Cabbarlı: "Seçkilərə qədər hər hansı qırılma nöqtəsinin yaşanma ehtimalını da istisna etmək olmaz”
Gözlənildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Bu barədə o, ölkənin İctimai Televiziyasında çıxışı zamanı bildirib. Paşinyanın bu addımı ölkə parlamentinin tezliklə buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məqsədini güdür. Baş nazirin sözlərinə görə, o vaxta kimi öz vəzifələrini icra edəcək.
"Həyəcanlı andır, çünki inqilab mərhələsinə son qoyur və yeni mərhələyə daxil oluruq. Beş aylıq işimə yekun vuraraq hamıya sonsuz dəstəyə görə minnətdarlıq edirəm və kimi təəssüfləndirmişəmsə, üzr istəyirəm”, - Paşinyan deyib.
O, parlament seçkilərində bütün siyasi qüvvələrə uğur arzulayıb. Paşinyanın sözlərinə görə, hökumət seçkilərdə xalqın ifadə azadlığını təmin edəcək. Bununla birlikdə, Paşinyan insanların etimadını və haqlı gözləntilərini doğrultmadığına görə üzrxahlıq edib. Daha öncə baş nazir bildirmişdi ki, parlament seçkiləri dekabrın 10-da baş tutacaq. Növbəti 15 gün ərzində hələlik fəaliyyətdə olan parlament iki dəfə baş naziri seçməməlidir. Hələlik Milli Yığıncaqda təmsil olunmuş heç bir siyasi qüvvə baş nazir postuna namizədini irəli sürəcəyi barədə bəyanat verməyib. Parlament iki dəfə baş naziri seçə bilməzsə, buraxılır və yeni seçkilər təyin edilir. Konstitusiyaya görə, seçkilər parlamentin buraxılmasından sonra ən tezi 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir.
Ermənistanda baş verən proseslərin sırf Paşinyanın istəyinə uyğun şəkildə cərəyan etdiyini iddia etmək olarmı və onun seçkilərə qədər istefada olduğu dönəmdə Ermənistanda hər hansı gözlənilməz hadisə baş verə bilərmi?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin gələn ilin yazında keçiriləcəyi bildirilsə də, baş nazir Nikol Paşinyan istefa edərək ölkədə növbədənkənar parlament seçkilərinin keçirilmə mexanizminin ilk mərhələsini işə saldı: "Bu, Paşinyanın hökumətinin legitimliyi və parlament üzərində nəzarət etməsinin tək hüquqi yolu idi. Amma Paşinyan Konstitusiyada göstərilənləri bu yoldan şantaj vasitəsilə istifadə etdi. Normal şərtlərdə Paşinyanın növbədənkənar parlament seçkilərini keçirməsi mümkün deyildi.
Parlamentdə əksər çoxluğa sahib olan Ermənistan Respublika Partiyasının nümayəndələrinə Paşinyan tərəfindən fiziki və psixoloji təzyiqlər edildi və onlar əsasən oyundan çıxarıldı. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün parlament iki dəfə Paşinyanı baş nazir seçməməlidir. Yəni bütün oyun, əslində, bunun üzərində qurulub. Parlament iki dəfə baş naziri seçməzsə, buraxılmış hesab olunur və yeni seçkilər keçirilir.
Paşinyan tələb edir ki, Ermənistan Respublika Partiyası və parlamentdə təmsil edilən digər siyasi partiyalar öz namizədlərini irəli sürməsinlər. Hələlik bu barədə razılışma əldə edilib. Sabiq iqtidar, indi isə müxalifət rolunu oynayan Respublika Partiyası sürpriz edərək baş nazir postuna öz namizədini irəli sürərsə, ki, bu ehtimal olduqca azdır, bu, ümumiyyətlə, Ermənistan ictimai-siyasi həyatında ciddi problemlərin yaşanmasına səbəb ola bilər.
Paşinyan mövcud parlamentə nəzarət edə bilmir. Növbədənkənar parlament seçkilərində parlamentin Paşinyanın istədiyi şəkildə formalaşacağına kimsə şübhə etmir.
Bəli, hələlik Paşinyanın vəziyyətə nəzarət etdiyi müşahidə edilir. Amma seçkilərə qədər hər hansı qırılma nöqtəsinin yaşanma ehtimalını da istisna etmək olmaz”.