"Belə olan halda, Azərbaycan yalnız öz ordusuna güvənməlidir"
Arzuxan Əlizadə: "Beynəlxalq təşkilatlar, böyük dövlətlər birbaşa olaraq Ermənistanı təcavüzkar dövlət hesab etmədikləri üçün..."
Müdafiə Nazirliyi dinc sakinin qətlə yetirilməsi ilə bağlı bildirib ki, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Maraqlıdır ki, belə vəziyyətdə beynəlxalq qurumlar, nədənsə, erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda, Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya vermədən göz yumur.
Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ümumilikdə 1994-cü ilin mayında atəşkəs elan olunandan sonra Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması halları zaman-zaman özünü göstərib. Müşahidələr göstərir ki, bu zaman yaşayış məntəqələrinin, mülki vətəndaşların hədəf seçilməsi daha çox özünü göstərib. Dəfələrlə erməni hərbçiləri dinc sakinləri gülləbaran ediblər. Bir müddət əvvəl Tərtər rayonunda toy çadırının atəşə tutulması buna əyani sübutdur. Məlum olduğu kimi, Ermənistanın atəş nöqtələrini Azərbaycanın yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşdirməsinə dünya birliyi heç bir reaksiya vermir.
Maraqlıdır, dünya buna niyə susur?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bunun bir neçə səbəbi var: "Başlıca səbəb Ermənistanın işğalçılıq siyasətinə aparıcı dünya dövlətlərinin göstərdiyi ikili yanaşma ilə bağlıdır. Belə ki, münaqişə başlanandan üzübəri bu özünü göstərir. Məsələ ondadır ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər birbaşa olaraq Ermənistanı təcavüzkar dövlət hesab etmədikləri üçün, atəş nöqtələrinin yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşdirilməsinə münasibət bildirməkdən yayınırlar. Necə ki, BMT-nin bununla bağlı 4 qətnaməsində natamamlıq var, eynən bu məsələyə də həmin kontekstdən yanaşırlar. Problem ondadır ki, sözügedən qətnamələrin heç birində Ermənistan işğalçı tərəf kimi göstərilməyib. Qətnamədə qeyd olunur ki, Dağlıq Qarabağdakı ermənilər torpaqları işğal edib. Bütün bunlar onu göstərir ki, aparıcı dünya dövlətləri və o cümlədən beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı işğalçı Ermənistana təzyiq göstərmək həvəsində deyil. Belə olmasaydı, çoxdan sözügedən məsələyə öz kəskin münasibətini bildirərək ortaya konkret mövqe qoyardılar. Belə olan halda, Azərbaycan yalnız öz ordusuna güvənməlidir. Problemi yalnız biz özümüz həll etməliyik. Başqa çıxış yolu görmürəm".
Vidadi ORDAHALLI