Elşən Mustafayev: "Hesab edirəm ki, belə qətnamələrin bizə hər hansı ziyanı olmasa da, problemin həllində heç bir rolu da yoxdur"
"Problemin həlli onların istəyindən yox, Azərbaycanın iradəsindən asılı olmalıdır"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Qarabağ probleminin dinc yolla həll edilməsinə dair qətnamə qəbul edilib. Bu barədə AŞPA-nın rəsmi saytında yerləşdirilmiş yazılı bəyanatın mətnində deyilir.
AŞPA-nın 44 deputatı tərəfindən imzalanan sənəddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativin olmadığına əminlik bildirilib və münaqişə tərəfləri vasitəçilərin daimi müraciətlərinə hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırılıb.
"Biz bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq", - sənəddə deyilir.
Bəyanatda münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatlıq bildirilib.
"Top və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu, mülki əhali üçün ciddi təhlükə yaradır. Biz, mülki şəxslər də daxil olmaqla, insan ölümünə görə dərindən təəssüflənirik", - qətnamədə deyilir.
AŞPA deputatları əmindir ki, "atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək".
Qəbul edilən bu qətnaməni Azərbaycan üçün nə dərəcədə məqbul saymaq olar?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Avropa Şurasının sonuncu qətnaməsi, həmişə olduğu kimi, verilmiş növbətçi bəyanatlardan biridir: "Yəni tərəflərə problemi sülh yolu ilə həll etməyə, danışıqları davam etdirməyə, həmsədrlərlə sıx işləməyə və s. çağırış edilir. Problemlə bağlı indiyə qədər qəbul olunmuş qətnamələrdən, demək olar, heç nə ilə fərqlənmir. Amma əslində işğal faktoru qabardılmalı və əsas çağırışlar və tələblər də Ermənistana olmalı idi, nəinki hər iki tərəfə. Bu gün Azərbaycanın 13200 kv.km ərazisi erməni işğalındadır. Bundan cəmi 4300 kv.km Dağlıq Qarabağ ərazisidir. Bu rəqəmlər ATƏT-ə, AŞPA-ya və bütün beynəlxalq təşkilatlara məlumdur. Amma bir dəfə də olsun rəsmi şəkildə Ermənistandan soruşulmayıb ki, mübahisə obyekti olmayan və Dağlıq Qarabağ ərazisindən 2 dəfə artıq ərazi niyə zəbt olunub? Nə vaxt və dünyanın hansı yerində olan problemlərdə bu həcmdə bufer zonası olub? Hesab edirəm ki, belə qətnamələrin bizə hər hansı ziyanı olmasa da, problemin həllində heç bir rolu da yoxdur. Problemin həlli onların istəyindən yox, Azərbaycanın iradəsindən asılı olmalıdır. Buna həm mənəvi, həm də hüquqi haqqımız var. Azərbaycan, həmişə olduğu kimi, məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirsə də, hərbi ritorikasından da geri çəkilməməlidir".