Putin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına çəkir

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ŞƏT dövlət başçıları şurasının geniştərkibli iclasını giriş sözü ilə açarkən bildirib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar: "ŞƏT-in işində iştirak etmək arzusunda olan digər dövlətlər də var".

"Azərbaycan, Ermənistan, Belarus, Türkiyə və İran Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq etmək istədiyini bildirib, ölkələrin müraciətinə baxılacaq”. RIA Novostinin məlumatına əsasən, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

N.Nazarbayev bildirib ki, ŞƏT açıqlıq prinsipinə riayət etməli və cəlbediciliyini qoruyub saxlamalıdır: "Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə təşkilatda fəaliyyət göstərmək istədiyini bildirib. Bu ölkələrin dəstəyə layiq olduğunu düşünürəm. ŞƏT konsepsiyası çərçivəsində onların bu istəyini diqqətlə və mərhələli şəkildə nəzərdən keçirməliyik ki, bu təşkilatın zəifləməsinə deyil, güclənməsinə xidmət etsin”.